"Daha nə 5+2, nə 15 günə 2 rayon?! "

9-11-2020, 07:41           
"Daha nə 5+2, nə 15 günə 2 rayon?! "
Ciddi tanıtımı olmayan "middleeasteye" saytı belə bir iddia ilə çıxış edib ki, güya, Rusiya ilə Türkiyə anlaşıb: Ernənistan əvvəl 5, sonra 15 günə 2 rayondan çıxırlar, Laçından Xankəndinə dəhliz qalır, əvəzinə Naxçıxana da dəhliz açılır və Rusiya və Türkiyə əsgərləri bölgəyə gəlir.
Məlumatın dəqiqliyi bir qırağa, məntiqi də yoxdur! Hansı 5 rayon?! Onlardan 4-ü artıq bizdədi, Ağdam isə nəzarət altındadı, istənilən an işğaldan azad edilə bilər. Şuşada Azərbaycan ordusu var, Xocavənd və ərtafında Ordumuz strateji yüksəkliklərə nəzarət edir, Laçın yolu nəzarətdədir, Kəlbəcər yolu isə humanitar məqsədlə açıq saxlanılıb - daha nə 5+2, nə 15 günə 2 rayon?!
Teref.az-ın xəbərinə görə, bunu ReAl fəalı, politoloq Natiq Cəfərli deyib.Daha sonra Natiq bəy deyir:
Bu, məncə, doğru məlumat deyil, daha ötəsi, məntiqi də yoxdur - nə Rusiya, nədə ki, Ermənistan rəsmi şəkildə Türkiyə əsgərinin bölgəyə (yəni Qarabağa) gəlməsinə razı olmazlar. Bəs nə ola bilər?! Fikrimcə, indi əsas məsələ Ermənistan-Azərbaycan sərhədinin dəqiqləşdirilməsi, sərhəddə Ermənistanın provokasiyalırının qarşısının alınmasıdır. Rusiya yetərincə Ermənustanı "cəzalandırdı" amma proses başa çatmayıb, indi Ermşnistanın mövcudiyyəti məsələsi yaranır - bunun qarantı rolunu Rusiya oynaya bilər (həmişə də oynayıb) və rəsmi dövlət sərhəddinə öz qoşununu Ermənistan tərəfdən yerləşdirə bilər - necə ki, bunu edir. Paralel olaraq da Azərbaycan Türkiyə ilə sərhədlərin birgə qorunması müqaviləsi bağlayır (necə ki, Rusiya ilə Ermənistan arasında belə müqavilə var) və Azərbaycan tərəfdən Ermənistan sərhəddində bizim Müzəffər Ordumuzla yanaşı Türkiyə əsgərləri də sərhəddə yerləşirlər. Amma həm Rusiya, həm də Türkiyə əsgəri məhz sərhədin pozulmaması işini, buna nəzarəti öz üzərinə götürürlər. Azərbaycanın Qarabağ ərazisində heç bir ölkənin sülhməramlıları ola bilməz - ancaq dövlət sərhəddində bu mümkündür!
O ki, qaldı sülhə, Prezident də bunu dəfələrlə deyib, siyasi partiyaların əksəriyyəti də - Bəli, biz sülh istəyirik, sülhün zəmanəti sonuncu Ermənistan silahlı əsgərinin torpağımızdan çıxmasədlr, sonra Qarabağda erməni əsilli azərbaycanlılar (bu etnik yox, vətəndaşlıq tanımıdır) Bakıda, ölkənin digır yerlərində olduğu kimi dinc yaşayacaqlar. Özlərinə Bələdiyyə Sədri, yerli özünüidarəetmə orqanı seçəcəklər - yəni, özəl ststus məsələsi artıq bitdi! Ancaq Avropa Şurası yerli özünüidarəetmə xartiyasına uyğun idarəetmədə iştirak edəcəklər. Bakı da, Şəki də, Gəncə də, Xankəndi də, Şuşa da özünə Mer seçəcək - yəni, Qələbədən sonra ciddi sistem və idarəetmə dəyişiklikləri də olacaq. Prezidentin də islahatların dərinləşəcəyi ilə bağlı dedikləri, məncə, bu istiqamətdə idi!
Allah Əsgərimizi, Ordumuzu, Xalqımızı - etnik mənsubiyyətindən asılı olamayaraq bütün azərbaycanlıları (vətəndaşları) qorusun!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.