Akarla Çavuşoğlunun Prezidentlə görüşündən - Fotolar

9-11-2020, 11:30           
Akarla Çavuşoğlunun Prezidentlə görüşündən - Fotolar
Türkiyə Milli Müdafiə Nazirliyi Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlunun ötən gün Azərbaycana işgüzar səfəri barədə məlumat paylaşıb.

“Qafqazinfo”nun məlumatına görə, qurumun tvitter hesabında nazirlərin Bakı səfərindən fotolar yerləşdirilib. Qeyd olunub ki, Türkiyə rəsmiləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüblər.

“Hər iki nazir görüşdə Dövlət Bayrağı Günü və işğal altındakı Şuşa şəhərinin azad edilməsi münasibətilə cənab Əliyevi təbrik etdi”, - deyə məlumatda vurğulanıb.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.