“Məzlum” faşizm, “diplomatiya cəngavəri” və sadədən sadə sual...
14-11-2020, 09:47

Ermənilərin bütün tarixidövrlərdə özlərini bəşəriyyətə dünyanın ən məzlum, əzabkeş xalqı obrazında təqdimetdiyi, yalançı göz yaşları, saxta ahu-zar, qondarma “fakt”lar vəsaysız-hesabsız riyakarlıqlarla dünyanı bu yalana inandırmağa çalışdığı şübhəsizdir.Bütün Qarabağı qan gölünə döndərən, bu torpaqları 30 ilə yaxın müddətdə işğaldasaxlayan, Xocalıda faşizm ideologiyasının banisi və ilhamvericilərini belə dəhşətəgətirəcək soyqırımına imza atan Ermənistanın, bir əli qanda olduğu halda, digərəli ilə simasına məzlum maskası taxması ikiqat ikrahedici təsir bağışlayır. Bubaxımdan Hitler Almaniyası və Mussolini İtaliyasından fərqli olaraq, ermənifaşizmini “məzlum” faşizm kimi xarakterizə etmək mümkündür.
Çünki ermənifaşizmi özünün bütün cinayətlərini məhz məzlum maskası altında – özünün əzildiyini,qırıldığını, zorakılığa məruz qaldığını car çəkə-çəkə, qurbanının başına gətirdiklərinisanki öz başına gəlibmiş kimi göstərərək törədib. Sentyabrın 27-də başlayan VətənMüharibəsi zamanı Azərbaycan ordusuna məğlub olan Ermənistanın Gəncə, Bərdə,Mingəçevir və s. şəhərləri raket zərbələrinə məruz qoyması, onlarla mülki şəxsinölümünə imza atması faktının arxasında da məhz məzlum donunda zühur edən ermənifaşizmi dayanır. Hansı ki, istər prezident İlham Əliyevin, istər Azərbaycanmediasının, istərsə də ölkə diplomatiyasının erməni faşizminin Vətən Müharibəsindəkicinayətlərini uğurla ifşa etdiyi birmənalıdır.
Diplomatik cəbhədən açılan “atəş”: Ermənistanı gözləyənədalət divanı...
44 günlük Vətən Müharibəsiilə bağlı başlıca məqamlardan biri də savaş dönəmində Azərbaycanın sadəcə hərbimüstəvidə deyil, həm də diplomatik müstəvidə ciddi aktivlik sərgiləməsi, böyükuğurlara nail olması oldu. Müharibə zamanı diplomatiyamızın ən mühüm xidmətlərindənbiri Ermənistanın mülki insanlara, dinc sakinlərə qarşı həyata keçirdiyi qətliyamları,terror aktlarını çevik şəkildə ifşa etməsi, bunu operativ şəkildə dünyaictimaiyyətinin diqqətinə çatdırması idi. Bu məsələdə ən böyük iş yenə də ölkəbaşçısının üzərinə düşdü. Məhz prezident İlham Əliyevin müharibə ərzində xaricimediaya verdiyi çoxsaylı müsahibələr Ermənistanın terrorçu mahiyyətini ifşaetdi, onun bütün iyrəncliklərini bəşəriyyətə ən xırda çılpaqlığı ilə göstərdi.
Ölkəmizin diplomatiya cəbhəsindəyer alan, öz mübarizliyi, fədakarlığı ilə diqqət çəkən, erməni yalanlarını öz dəmirməntiqi ilə ifşa edən simalardan biri də Azərbaycan Respublikası Prezidentininköməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsininmüdiri Hikmət Hacıyev oldu. Ermənistanın işlətdiyi hərbi cinayətləri konkretfaktlar əsasında ifşa edən, Azərbaycandafəaliyyət göstərən bütün səfirlik və diplomatik korpusların əməkdaşlarını bubarədə bilavasitə məlumatlandıran Hikmət Hacıyev, Vətən Müharibəsindəki fədakarlığı,məhsuldar fəaliyyəti ilə “diplomatiya cəngavəri”statusuna layiqliyini sübut etdi. Habelə, o, öz əməyi, sadəliyi və peşəkarlığıilə hər kəsə sübut etdi ki, bütün bu keyfiyyətlər sayəsində dövlətə layiqincəxidmət etmək, xalq üçün faydalı olmaq, millətin sevimlisinə çevrilməkmümkündür.
Bundan başqa, HikmətHacıyev işğalçı ölkənin terrorçu siyasətini ifşa etməklə yanaşı, həm də Ermənistanıgözləyən ədalət divanının uzaqda olmadığını göstərdi. Hikmət Hacıyevin açıqlamavə bəyanatları bir kəs daha sübut etdi ki, Ermənistan xalqımıza qarşı yolverdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında da cavab verəcək, birkəs daha dünya ictimaiyyəti qarşısında ifşa olunacaq.
Sadədən sadə sual, yaxud matla nəticələnən gediş...
Hikmət Hacıyevin düşməninterrorçuluq siyasətini ifşa etmək yönündə atdığı ən effektiv addımlardan biri, xaricidövlətlərin ölkəmizdəki diplomatik nümayəndələrinin Ermənistandan atılan raketlərlədağıdılan şəhərlərə səfərlərini təşkil etməsi oldu. Məhz bu səfərlər sayəsində əcnəbidiplomatların baş vermiş dağıntı və tələfatı bilavasitə müşahidə etməsi, özgözləri ilə görməsi təmin edildi ki, bu da həm erməni cinayətlərinin ifşası, həmdə onların fakt qarşısıdna qoyulması baxımından son dərəcədə əhəmiyyətli idi.
Bu səfərlər əsnasındaHikmət Hacıyevin əcnəbi diplomatlarla rəfdarı, onlara verdiyi sual və izahlarda Ermənistanın dinc insanlara qarşı həyata keçirdiyi hərbi cinayətlərinifşasında mühüm rol oynadı, xarici diplomatları erməni cinayətlərini görmək vəetiraf etmək məcburiyyəti qarşısında qoydu. Millət vəkili Naqif Həmzəyevoktyabrın 15-də saytımıza verdiyi açıqlamada Hikmət Hacıyevin əcnəbidiplomatları öz sadə və məntiqli sualları ilə fakt qarşısında qoyduğuna diqqətçəkərək deyib:
“Bildiyiniz kimi, Azərbaycandafəaliyyət göstərən bütün diplomatların, səfir və atteşələrin Gəncəyə və Mingəçevirəsəfəri təşkil edildi. Bu, çox gözəl bir addım oldu. Çünki həmin diplomatlar,beynəlxalq təşkilatların nümayəndələri öz gözləri ilə prosesi izlədilər. Gəncəsakinləri ilə ünsiyyətdə oldular. Onlar özləri də inana bilmirdilər ki, necəolur ki, uzaqmənzilli raket dinc əhalinin yaşadığı bir yerə atılır. Onlara hörmətliHikmət Hacıyev dəfələrlə sual verdi ki, burada hansısa hərbi obyektgörürsünüzmü?
Diplomatlar özləri dəşoka düşmüşdü ki, hərbi obyektlərin olmadığı bir yerə, dinc əhalinin yaşadığıbir yer necə, hansı məntiqlə raket zərbəsi endirilə bilər? Burada hər yer məktəblər,xəstəxanalar, yaşayış obyektləri, ticarət mərkəzləridir”.
Bu açıqlamadan da məlumolduğu kimi, Hikmət Hacıyev əcnəbi diplomatları “burada hansısa hərbi obyektgörürsünüzmü” kimi sadədən sadə bir sualla fakt qarşısında qoyur, onları üz-üzədayandıqları reallığı görməyə, həqiqəti etiraf etməyə vadar edirdi. Bu, HikmətHacıyev tərəfindən həyaqta keçirilən və mahiyyət etibari ilə matla nəticələnənbir gediş idi. Çünki gördükləri mənzərə qarşısında heç bir əcnəbi diplomatın busuala “xeyr”dən başqa veriləcək bir cavabı yox idi. Və bu “xeyr” sözü Ermənistanınhərbi cinayətinin etirafı idi. Hansı ki, indiki məqamda ehtiyac duyulan yeganəşey Ermənistanın etdiyi cinayətlərə görəbeynəlxalq məhkəmə qarşısında cavab verməsi, Azərbaycana kompensasiya ödəməsi vəhərbi müstəvidə aldığı məğlubiyyətin acısını bütün sferalarda yaşamasıdır. Bununüçün isə dünyanın erməni cinayətlərindən xəbərdar olması, haqqın Azərbaycanınyanında olduğunu etiraf etməsi və ölkəmizidəstəkləməsi vacibdir.
Seymur ƏLİYEV
e-mail: seymur_dq04@mail.ru