Məhkəmə ANS-in MTRŞ-ya şikayəti qarşı daha 4 şikayəti üzrə qərarını elan edib

28-01-2016, 18:55           
Məhkəmə ANS-in MTRŞ-ya şikayəti qarşı daha 4 şikayəti üzrə qərarını elan edib
Bakı Apellyasiya Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 4 şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hər 4 prosesdə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkəti MTRŞ-nın çıxardığı inzibati tənbehvermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə həmin iddiaları təmin etməyib. Bundan sonra şirkət apellyasiya şikayətləri ilə məhkəməyə müraciət edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.