"Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır" - Prezident İlham Əliyev

7-12-2020, 16:35           
"Ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır" - Prezident İlham Əliyev
“Mən eyni zamanda Sizə təşəkkürümü bildirmək istəyirəm ki, Siz həm Gəncəyə, həm Ağdama səfər etmisiniz. Ermənistan dövlətinin törətdiyi hərbi cinayətlərini görmüsünüz. Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlər göz qabağındadır”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Döyüş meydanında məğlubiyyətə uğrayarkən Ermənistan mülki vətəndaşları atəşə tutub. Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə atəşə tutmuşdur. Bu, hərbi cinayətdir və bu cinayətə görə Ermənistan rəhbərliyi cavab verəcək. Müharibə zamanı 94 mülki şəxs həlak olmuş, 400-dən çox yaralanmışdır. Və bu ballistik raketlərlə zərbə təsadüfi xarakter daşımır. Məsədyönlü şəkildə məhz mülki vətəndaşların yaşadığı məkana istiqamətləndirilmişdir və gecə vaxtı ki, daha çox qurbanlar olsun”, - deyə Prezident əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru