Gah ölkəni açır, gah bağlayır, amma arada görüləsi işlər var ki, onları etmir.
9-12-2020, 07:18

Sovet vaxtı bir kolxoza mərkəzdən yoxlama gəlir, əvvəl sənədləri, mühasibatlığı yoxlayırlar - hər şey idealdı, görülən işlərin planlaması, ardıcıllığı, hesablamalar mükəmməl yazılıb.
Teref.az xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli yazır. daha sonra Natiq Cəfərli yazır:
Sonra kolxozun ərazisini gəzirlər, birdən komissiya üzvləri görür ki, bir nəfər yerdə çala qaza-qaza, o biri işçi isə elə o qazdığı çalaları yenidən torpaqla doldura-doldura gedir. Yoxlamaya gələnlərin gözləri kəlləsinə çıxır, kolxoz sədrinə deyirlər ki, bu nə biabrçılıqdı, bu nə əmək israfı, nə bərbad planlamadır - 1-ci işci niyə qazır, 2-ci işçi yenidən çalanı niyə doldurur?! Kolxoz sədri heç kefini pozmadan qovluqdan sənəd çıxardır, deyir ki, özünüz də gördüz, bütün sənədlər idealdı, bu mənzərədə də qəribə bir şey yoxdur, hər şey yazılan plan üzrə gedir: 1-ci işçi çalanı qazır, dolduran isə 3-cü işçidir, 2-ci çalaya ağac qoymalı, 3-cü ağacın ətrafını torpaqla doldurmalıdır - sadəcə 2-ci işçi işə çıxmayıb, xəstələnib, bu xırda səbəbə görə ağac əkilməsini saxlaya bilməzdik axı!
İndi Azərbaycan hökuməti də karantin rejimini belə tədbiq edir: Gah ölkəni açır, gah bağlayır, amma arada görüləsi işlər var ki, onları etmir. Belə...
Teref.az