Tarixdə 6 fevral...

6-02-2021, 11:21           
Tarixdə 6 fevral...
6 fevral 1828-ci il...
Erməni mənşəli çar generalı V.Mədətov baş komandanlığın göstərişi olmadan Təbriz yaxınlığında özbaşınalıq edərək talanlar törədir. Dinc əhaliyə qarşı silah işlədilir, xeyli sayda ölənlər olur.

6 fevral 1905-ci il...
Ermənilər Bakı şəhərində dəhşətli,qanlı hadisələr törədir. Bakıda Rusiya hakim dairələrinin təhriki və erməni milyonçuları Balabek lalayev, Artyom Babayants, Akop Muradyan, Qriqori Sarkisyants, İsay Ter-Osipov və digər maqnatların havadarlığı ilə ermənilər planlı şəkildə günün günorta çağı, erməni kilsəsinin yanında, “Parapet” meydanında qətllər törədirlər.
18 nəfər adam ermənilər tərəfindən öldürülür, 33 nəfər yaralanır.
Bundan sonra Bakıda və quberniyanın digər yaşayış məntəqələrində davam edən şiddətli qırğınlar törədilir. Qan su yerinə axır.

6 fevral 1919-cu il...
Erməni daşnakları Göyçə mahalının Məniman (Nəriman) kəndinə hücum edirlər. 29 kişi , 10 qadın, 12 uşaq ağır işgəncələrlə qətlə yetirilir. Onların cəsədləri eybəcər hala salınır, gözləri çıxarılır, qulaqları kəsilir. 37 evə od vurularaq yandırılır.

6 fevral 1919-cu il...
Ermənilər kiçik bir Azərbaycan qışlağında çobanlara vəhşicəsinə divan tuturlar.

6 fevral 1920-ci il...
Daşnak yaraqlıları Gümrüdə terror aktı törədirlər. 500 nəfər azərbaycanlı qətlə yetirilir.

6 fevral 1920-ci il...
Nuxadan gəlmiş ermənilər Eçmiədzin qəzasında Xatınarx kəndinin yerli sakinləri ilə birlikdə qonşuluqda olan Qarğabazar müsəlman kəndinə hücum edərək evləri yandırır və camaatın var-yoxunu talayıb aparırlar.

6 fevral 1980-ci il...
İsveçrənin Bern şəhərindəki türk səfirliyinin binası qarşısında səfir Doğan Türkmən öz maşınında ikən erməni terrorçusu tərəfindən atəşə tutulur. Səfir aldığı güllədən yaralanır.
Terrorçu Maks Kledcan aradan çıxa bilirsə də, Marseldə tutulur və tədqiqat üçün İsveçrəyə qaytarılaraq istintaqa cəlb olunur.
Məsuliyyəti CSAQ terrorçu dəstəsi öz üzərinə götürür...

6 fevral 1993-cü il...
Ağdam rayonunun Sırxavənd kəndi yenidən ermənilərin əlinə keçir.

6 fevral 1993-cü il...
Qazax rayonunun mərkəzi ermənilər tərəfindən artilleriya atəşinə tulur. 3 nəfər həlak olur, 10 nəfər yaralanır...
Cəmil Məmmədli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.