Qapın döyülür, Əhəd Abıyev…- DAŞKƏSƏN RİH-in başçısı ƏHƏD ABIYEVİN HƏBSİ AN MƏSƏLƏSİDİR

8-02-2021, 18:25           
Qapın döyülür, Əhəd Abıyev…-
…Daşkəsənə ''xınayaxdı''ya gəlmişdilər, Əhəd müəllim ?

Daşkəsən rayonunun Xoşbulaq kənd Bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.
Bu xəbər mətbuatda “Daşkəsəndə həbslər başladı..” başlığı ilə tirajlanıb.
Bu xəbərdən qeyzə gələn, rayonun icra başçısı Əhəd Abıyev bu gün saytlara bildirib ki: “ Daşkəsən rayonunda heç bir korrupsiya əməliyyatı keçirilməyib... xəbər saytlarında yayılmış məlumatlar yalan və şayiədir”.
Əhəd Abıyev !
Məşhur misal var: Dəvəquşu başını soxur quma, dalından xəbəri olmur.
Deyirsən ki, “Daşkəsəndə heç bir korrupsiya əməliyyatı olmayıb”.
Əhəd Abıyev, xeyli xub !
Bəs, Daşkəsənə gələn hüquq-mühafizə orqanları “Nişana, toya, xınayaxdıya” gəlmişdi ?
Rayonun mühüm vəzifə sahibləri həbs olunub, sənin deyəsən xəbərin yoxdur...
Yoxsa özünü bilməzliyə vurmusan, Əhəd Abıyev?
Həmişə deyirdin ki, mənə yaxın gələn olmaz...
Həbslər sənin lap yaxın ətrafında, çevrəndə baş verir.
Ən əziz dostun, YEZNƏ deyə müraciət etdiyin, müqavilələr bağladığın Rasim Məmmədov həbsxanadan sənə xəbər göndərib ki....
Əhəd Abıyev ! Deyirsən “ Məlumatlar yalan və şaiyədir “
Sənin təzə aldığın 300 minlik ağ rəngli Rang Roverin ( AA-457 ) qiyməti sənin neçə illik maaşındır ?
Yaxud Nərimanov rayonunda Adil müəllimdən aldığın, sonradan genişləndirdiyin ərazinin qiyməti 50 milyondur.
Bu pulu sən harda və necə qazanmısan, Əhəd Əbiyev ?
Bəlkə,Qulu müəllimdən zorla aldığın ərazidən danışaq. Dəniz kənarında yerləşən ərazini, dənizin içərisindəki villanı tez-tələsik satıb aradan çıxmaq istəyirsən, cənab Abıyev.
Hansından danışaq ?
Bəlkə, Daşkəsəndəki mərmər sexlərindən danışaq ?
Son açıqlamanda deyirsən ki, guya Daşkəsəndə həbs olunan məmurların sənə dəxli yoxdur.
Torpaq şöbəsi müdirinin bütün əmlakını, Bakıdakı villasını satdırmısan ki, səni xilas edəcəm. Həmin torpaq şöbəsi müdirinin hazırda 2 milyon borcu var. Bütün bunlara görə istintaqda üzünə duracaq, Əhəd Abıyev !
Əhəd müəllim, başın üçün CİN ŞÜŞƏDƏN ÇIXIB !
Əhəd Abıyev !
Ulu Öndərimiz deyirdi ki, mən gördüklərimi bilirəm, medianın işi mənə görmədiklərimi göstərməkdir.
Biz ölkədəki bütün irili-xırdalı problemləri cənab Prezident İlham Əliyevə çatdırmaq üçün gecə-gündüz çalışmağa hazırıq.
P.S. Növbəti yazıda Əhəd Abıyev Rasim Məmmədova ironiya ilə niyə YEZNƏ deyirdi. Kimi nəzərdə tuturdu..??
P.S.S. Növbəti sayımızda qudalardan da bəhs edəcəyik.
/gundelik-baku.com/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.