Azərbaycan tərəfi bu insanları əsirlər yox, diversantlar hesab etdiklərinə dair aydın mövqe bildirib

10-04-2021, 14:52           
Azərbaycan tərəfi bu insanları əsirlər yox, diversantlar hesab etdiklərinə dair aydın mövqe bildirib
“Bilirsiniz, məlumatlar çox ziddiyətli idi. “Lragir” bir məlumat nəşr etmişdi, orada həm də Artik şəhər başçısı müavini əsirlərin qaytarılması ilə bağlı hər hansı məlumatı qətiliklə inkar edirdi və deyirdi ki, mən bilmirəmsə, deməli belə bir şey yoxdur”. Ordu.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Janna Aleksanyan deyib.

Ermənistanın “Respublika Naminə” partiyasının üzvü Artaşes Xalatyan bildirib ki, burada kifayət qədər qaranlıq qatların olduğu açıqdır.

“Düşünürəm ki, müvafiq dövlət orqanlarımız bunları lazımi şəkildə araşdırmalı və bəlkə də əlavə açıqlama ilə çıxış etməlidir”, - deyə Xalatyan qeyd edib.

Ermənistanın “Ədalətli Ermənistan” partiyasının sədr müavini Davit Karapetyan isə bildirib ki, Azərbaycan tərəfi bu insanları əsirlər yox, diversantlar hesab etdiklərinə dair aydın mövqe bildirib.

“Təbii olaraq bizim üçün onlar əsirdirlər və 8-ci bəndə əsasən, əsirlərin qaytarılması olmalıdır”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru