”İstehsalçılar vaxtı keçmiş məhsulu "bəzəyib” marketlərə göndərir” - ETİRAZ

15-10-2021, 18:58           
 ”İstehsalçılar vaxtı keçmiş məhsulu "bəzəyib” marketlərə göndərir” - ETİRAZ
Xəbər verdiyimiz kimi, Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Qurbanov Etibar Əlipaşa oğluna məxsus qida məhsullarının saxlanıldığı anbara baxış keçirilib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, istifadə müddəti bitmiş, kif və göbələklərlə örtülmüş, daşınması və saxlanması zamanı temperatur rejiminə əməl olunmayan ümumi çəkisi 180 kq müxtəlif növ kolbasa məhsulları aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız kolbasa məhsulları tullantıların zərərsizləşdirilməsi sahəsində məhv edilib.

Belə hallarla bağı dəfələrlə xəbərdarlıq edilir, baxış keçirilir, amma görünür ki, hələ də nəticə çıxarmayanlar var.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, hər gün 10 tonlarla məhsulun yararlılıq vaxtı keçir:

"Yararsız məhsulların məhv olma prosesi demək olar, yoxdur. Yararlılıq vaxtı keçmiş məhsullar marketlərdə yığılır, istehsalçıya qaytarılır. İstehsalçı da onu "bəzəyir", yenidən marketlərə göndərir.

AQTA İctimai Şurası ilə bu məsələni müzakirə etdik. Qərb bölgəsində xarab kartofların məhv edilməsində iştirak etməyə çağırmışdılar. Dedim, sahibkarın çürük kartoflarına “fatihə vermək”də marağım yoxdur. Mənə hər gün marketdən çıxarılan 10 tonlarla məhsulun taleyi maraqlıdır. Biz marketlərdə vaxtı keçmiş yararsız məhsulların çıxarılmasını, bir yerdə toplanmasını və qətiyyən istehsalçıya qaytarılmamasını təklif etmişik. Onlar sənədləşdirilsin, məhv edilmə proseduru həyata keçirilsin".

E.Hüseynov diqqətə çatdırıb ki, marketlərdə peçenyələr, konfetlər yeşiklərdə satılır. Əksəriyyəti yararlılıq müddəti bitmiş məhsullardır:

"Ciddi məsələlərdən biri hökumətin istehlakçıları qorumaması, biznes sahiblərini himayə etməsi səhv siyasətdir. Məmurlar fəal olaraq bizneslə məşğul olur. Qanunların ayaq altına atılmasında böyük rol oynayırlar. İki il öncə məşhur biznesmen Abdulbari Gözəl demişdi ki, məmurlar biznesdən əl çəkməlidir. Ona media orqanlarında çox hücumlar oldu. Lakin A.Gözə düz deyirdi. Qanunlar ayaq altına atıldığı, məmurlar bizneslə məşğul olduğu, insanların sağlamlığı düşünülmədiyi müddətcə vəziyyət belə olacaq. Azərbaycan vətəndaşları apteklərdə, klinikalarda növbədə dayanacaq. Hipokratın bir ifadəsi var, "biz nə yeyiriksə oyuq". Bu cür kolbasalar təkcə Göyçayda yox, ölkənin hər yerində var. Lakin "bəzədilib" istehlakçıların boğazına tıxanır".шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.