QARABAĞDAKI ERMƏNİ SİLAHLILARI TƏRKİSİLAH EDİLİR - "Arutunyan dedi ki, ordunu buraxacaq..."

21-10-2021, 16:03           
QARABAĞDAKI ERMƏNİ SİLAHLILARI TƏRKİSİLAH EDİLİR -
Ermənistan parlamentində Qeyri-Hökumət Təşkilatları ilə keçirilən görüşdə maraqlı məlumat səsləndirilib. “AzPolitika.info” Ermənistanın “News.am” saytına istinadla xəbər verir ki, parlamentdəki görüşdə iştirak edən QHT rəhbərlərindən biri Aşot Arutunyan Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyanla görüşdüyünü deyib və bu görüşün onu çox məyus etrdiyini bildirib.

Özü müharibə vaxtı Qarabağdan qaçan Aşot Arutunyan deyib ki, qondarma rejim rəhbəri ona erməni silahlı dəstələrini buraxacağını bildirib: “Araik Arutunyan dedi ki, ordunu buraxacaq. Ondan soruşdum ki, sənə bu hüququ kim verib? Cavab verdi ki, bunu azərbaycanlılar tələb edir.”

Arutunyanın bu açıqlaması hazırda erməni mətbuatında əsas gündəm mövzusuna çevrilməkdədir. Bu deyilənlərdən belə məlum olur ki, qondarma rejim başçısı Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərindəki qanunsuz erməni hərbi birləşmələrinin tərkisilah ediləcyini bildirib.

Hansı ki, bu şərt 10 noyabr üçtərəfli sazişinin bəndlərindən birində göstərilirdi. Və Azərbaycan tərəfi müharibə bitəndən sonrakı dövr ərzində haqlı olaraq Qarabağda bir nəfər də erməni yaraqlısının qalmamasını tələb edirdi. Belə görünür ki, bir ilə yaxın müddətdə bu tələbə müqavimət göstərən erməni tərəfi geri çəkilmək məcburiyyətində qalıb.

“AzPolitika.info”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru