Putin bu tarixdə Qərbə qiyamət xəbərdarlığı göndərəcək - "REUTERS"

7-05-2022, 00:04           
Putin bu tarixdə Qərbə qiyamət xəbərdarlığı göndərəcək - "REUTERS"
Rusiya prezidenti Vladimir Putin Qərbə qiyamət xəbərdarlığı göndərəcək. Kreml rəhbəri bunu Moskvada Qırmızı Meydanda keçirilən hərbi parad zamanı etməyi planlaşdırır.

Qafqaz.media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun Ukraynada döyüşdüyü bir vaxtda Rusiyanın əsas hərbi paradının “böyük atəş gücü”nü nümayiş etdirəcəyi vurğulanır. Paradın hava hissəsində səsdən sürətli qırıcılar və Tu-160 strateji bombardmançı təyyarələri iştirak edəcək.

Bundan əlavə, 2010-cu ildən bəri ilk dəfə İl-80 qiyamət komandiri təyyarəsi paradda iştirak edəcək. Təyyarə nüvə müharibəsi zamanı Rusiyanın ali rəhbərliyini daşımaq üçün istifadə olunur.

Belə olan halda İl-80 Rusiya prezidentinin mobil komandanlıq mərkəzinə çevrilməlidir. Təyyarə texnologiya ilə doludur, lakin konkret detallar Rusiya dövlət sirridir.

Xatırladaq ki, hərbi ekspert Mixail Jiroxov "RBC-Ukrayna"ya şərhində Putinin paraddan birbaşa Ukraynaya qoşun göndərə biləcəyini bildirib.

Qeyd edək ki, Rusiyanın ali rəhbərliyi dəfələrlə nüvə silahını tətbiqini qeyd edib. Bir gün əvvəl Dövlət Dumasının spikeri Vyaçeslav Volodin demişdi ki, Moskva yalnız cavab olaraq nüvə zərbəsi endirəcək. Bundan əvvəl oxşar bəyanat Rusiya Federasiyası Xarici İşlər Nazirliyində də verilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.