İlahiyyatçıdan imam Əli barədə qalmaqallı AÇIQLAMA

22-04-2016, 17:18           
İlahiyyatçıdan imam Əli barədə qalmaqallı AÇIQLAMA
“Bir insanın harada doğulması öz əlindədirmi? Hansısa inasnın harada doğulması ona üstünlük gətirirmi? Allah Quranda üstünlüyün təqva, yəni məsuliyyət şüuru ilə olduğunu buyurmurmu?”.

Modern.az xəbər verir ki, ilahiyyatçı Elşad Miri imam Əlinin Kəbədə doğulması məsələsinə aydınlıq gətirərkən belə deyib.

Ekspert bildirib ki, imam Əlini üstün şəxsiyyət edən onun Kəbədə doğulması faktı deyil.
“İmam Əlini üstün şəxsiyyət edən Kəbədə doğulmasıdırmı? Sonuncu Peyğəmbərimizin əmisioğlu, onun kürəkəni, igid, cəngavər olmasıdırmı?

Ümumiyyətlə, Kəbə doğum evidirmi? Əgər İmam Əli Kəbədə doğulubsa, həmin vaxt ora yüzlərlə bütlərin, yəni bütpərəstliyin məkanı deyildimi? Orada doğulmaq üstünlükdürsə, bəs orada doğulmayan Muhəmməd peyğəmbər haqqında bu fikirdə olanlar nə düşünürlər?”,-deyə sual edib.

Elşad Mirinin fikrincə, bu cür düşüncələr, İmam Əlinin Quranla şərəfləndiyini bir kənara atmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru