Rusiya NATO-ya necə uduzdu...

21-05-2022, 12:57           
Rusiya NATO-ya necə uduzdu...
“Qoy, bizdən qorxsunlar. Bizdən qorxsalar, yaxşıdır!” – başqa bir vaxt rusiyalı “ekspert”ləriin bu sözlərinə nəinki münasüibət bildirməzdik, heç buna fikir də verməzdik, amma indiki məqamda bunu etməmək mümkün deyil, çünki hazırki gərgin durumda bu sözlər xüsusi bir məna kəsb edir.

Bəli, məşhur dissident, sonradan isə Çexiyanın prezidenti seçilmiş Vatslav Haveli təkrarlamaq olmasın, gücsüzləri də gücə çevirən amillər olur. Biz indi, Ukrayna müharibəsinin gedişində buna əmin olduq. Ruslar fərqinə varmırlar ki, onlardan qorxan xalqlar və dövlətlər bu təhdidlərin qarşısını almaq üçün yollar axtarır və tapırlar. Bu baxımdan heç təsadüfi deyil ki, Ukrayna ilə müharibənin getdiyi bir vaxtda İsveç və Finlandiya NATO-ya üzv olmağa qərar verdilər.

Rusiya prezidenti iki ölkənin bu qərarını şərh edərkən dedi ki, Moskvanın Helsinki və Stokholm ilə heç bir problemi yoxdur. Amma o, bunları deyərkən heç də səmimi deyildi, yalan danışırdı, çünki İsveçin və Finlandiyanın daim Rusiya ilə problemi olub.

İsveç əsrlər boyu Rusiya ilə vuruşub. Hətta bu gün Stokholmda qoyulmuş kral heykəllərinin biri əli ilə Rusiyanı göstərir və sanki demək istəyir ki, təhlükə bu ölkədən gəlir.

O ki qaldı Finlandiyaya, bu ölkə uzun müddət çar Rusiyasının müstəmləkəsi olub. Üstəlik, onların sovet dövründə də münasibətləri alınmayıb, baxmayaraq ki, hakimiyyətə gələndən sonra Vladimir Leninin ilk dekreti Finlandiyanın azad olması haqqında olmuşdu. İndi isə tamam yeni mənzərə yaranır.
Birincisi, belə məlum olur ki, müharibə ilə ölkələrin NATO-ya canatmasının qarşısını almaq mümkün olmur. Ruslar fikirləşirdi ki, Ukraynaya müharibə elan etməklə bu prosesi durdura biləcəklər, amma əksinə oldu. İkincisi, iki ölkənin NATO-ya üzv olmaq istəyi Rusiyanın qorxduğu bir ssenarini bir daha gündəmə gətirdi: Moskvanın şimal sərhədləri NATO-nun nəzarəti altına keçə bilər. Üçüncüsü, Rusiya əvvəldən də Baltik və Şimal dənizlərindən sıxışdırılırdı, indi bu, bir az da kəskin forma alacaq.
Elə qardaş Türkiəyinin də İsveçə və Finlandiyaya qarşı çıxmasının bir səbəbi də budur:

Ankara ehtiyat edir ki, Baltik və Şimal dənizlərindən sıxışdırılandan sonra Moskva Qara dənizdə güclənməyə çalışacaq. Odur ki, onlar İsveçin və Finlandiyanın NATO-ya üzv olmasını əngəlləməyə çalışırlar.

Əlbəttə, burada PKK faktorunu tamamilə inkar etmək olmaz. Avropa ölkələrində bu cür qüvvələri himayəyə götürməyi sevirlər. Məsələ bundadır ki, PKK solçu təşkilatdır, İsveç və Finlandiya isə solçuların güclü olduğu ölkələrdir. Ona görə də burada üst-üstə düşən məqamlar var.

Son məlumatlardan belə anlaşılır ki, İsveç və Finlandiya artıq müraciətlərini ediblər və nikbin siyasi təhlilçilər, hətta siyasətçilər onların ilin sonunadək NATO-nun üzvü ola biləcəklərini deyirlər. O ki qaldı Ankaraya, onunla intensiv iş aparılır. Türkiyə ilk bəyanatını verərkən İsveçin və Finlandiyanını xarici işlər nazirləri bu ölkəyə yollandı və digər ölkələrin, xüsusən də NATO üzvü olan ölkələrin təmsilçiləri bildirdilər ki, güman, Türkiyəni yola gətirmək mümkün olacaq. Biz də belə düşünürük, çünki burada Rusiya ilə həmrəylik tellərini axtramaq yersizdir, belə tellər yoxdur – Ankara bütün hallarda NATO üzvüdür və üzv olduğu Alyansın güclənməsində maraqlıdır, ən azı ona görə ki, Moskva türk dünyası üçün heç də az təhdidlər yaratmır.
ovqat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.