Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

24-04-2016, 20:31           

"Münaqişənin sülh yolu ilə yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasıdır"
Müdafiə Nazirliyi Ermənistan müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycana güzəştə getməyəcəkləri barədə mülahizələrinə cavab verib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.

Müdafiə Nazirliyi bəyan edib ki, münaqişənin sülh yolu ilə yeganə həlli işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin birdəfəlik və qeyd-şərtsiz çıxarılmasıdır: "Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və ordumuzun qüdrəti ilə işğal olmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru