Ərzaq böhranı ölkələrə iki formada təsir edəcək - Milli Məclisdə məsələ qaldırıldı

17-06-2022, 12:22           
Ərzaq böhranı ölkələrə iki formada təsir edəcək - Milli Məclisdə məsələ qaldırıldı
“Dünyada ərzaq böhranı ilə bağlı problem daha da kəskinləşəcək”.

Oxu.Az-ın məlumatına əsasən, bunu deputat Əli Məsimli Milli Məclisin iclasında bildirib.

Onun sözlərinə görə, ərzaq böhranı bütün ölkələrə iki formada təsir edəcək. Bu, qıtlıq və qiymətlərin artmasıdır.

“Azərbaycan bu çağırışlar qarşısında, ilk növbədə bir ölkədən idxal asılılığını azaltmalıdır. İdxal istiqamətlərini şaxələndirmək vacibdir. Xaricdən aldığımız məhsulların böyük hissəsini Azərbaycanın özünün istehsal etmək potensialı var”, - deyə Əli Məsimli əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru