Fransa təhsilli İnam Kərimov KTN-nin `fatihəsini oxumağa` gəlib? - Bazar od tutub yanır eee

21-06-2022, 10:40           
Fransa təhsilli İnam Kərimov KTN-nin `fatihəsini oxumağa` gəlib?
Fransa təhsilli İnam Kərimov KTN-nin `fatihəsini oxumağa` gəlib?
Kənd Təsərrüfatı Nazirliyi ölkədə meyvə-tərəvəzin qiymətinin ucuz satışı üçün heç bir sosial proqramlar həyata keçirmir. Hər il nazirliyə vəsait ayrılır, qarşısında tapşırıqlar qoyulur, amma hər hansı effektiv fəaliyyəti ilə diqqət çəkmir. TİA.Az bildirir ki, hazırda bazarlarda meyvə-tərəvəzin qiyməti dodaq uçuqladır. Bu da kasıb əhali üçün əlçatmazdır. Misal üçün gilasın kilosu 6 manat, ərik 4 manat, alça 5 manat, pomidor 1,70 manat, xiyar 1, 20 manat, çiyələk 3-4 manat arası dəyişir. Hətta bir çox yerlərdə daha baha qiymətə rast gəlmək olar. İndi sual edilə bilər ki, KTN nə edə bilər?

O zaman ritorik soruşmaq olar – bəs, bu nazirliyin fəaliyyət profili nədən ibarətdir? Nazir İnam Kərimov bu dövr ərzində sələfləri Heydər Əsədovla İsmət Abbasovdan heç bir uğurlu işinə görə seçilməyib. ASAN Xidmətdə işləmiş qızları nazirliyə toplamaqla, əkin-biçin, fermerlərin problemi haqda anlayışı olmayanlardan komanda düzəltməklə aqrar sektorun çətinliklərini bilmək mümkün deyil. Bu gün nazirlik nə yarmarka təşkil edir ki, heç olmasa ucuz meyvə – tərəvəz satılsın, nə konkret addımlar atır, nə də innovativ işlər görür. İ. Kərimov bazarlarda bu bahalığın səbəbinə aydınlıq da gətirmir, çıxış yolları da təklif etmir. Bu halda Sarbonna təhsili nazirin islahatları harada qaldı?!

Ümumiyyətlə, son vaxtlarda KTN rəhbərinin bir çıxışını, təklifini eşidən olubmu? Sahil Babayev ən azı tənqid olunduğu qədər də aktiv nazirdi, danışır, açıqlama verir, konfranslar keçirir, olduqca ağır bir sahənin yükünü daşımağa məhkum olunub, amma İnam Kərimov da onun qədər sosial məsuliyyəti olan bir sahənin naziri təyin olunub, amma əhalini, fermerləri, təsərrüfat adamlarını, bahalıqdan şikayət edənləri dinləmir, hökumətə təkliflər vermir, bolluq, məhsuldarlıq üçün proqramlar həyata keçirmir. Hazırda əhali meyvə – tərəvəzə tamarzı qalıb, insanlar əlçatmaz qiymətə yarım kilo hər məhsuldan ala bilirlər. Azərbaycan torpağı zəngin, bərəkətli ölkədir, gəl ki bahalıq və bərbad idarəçilik aqrar sektoru çökdürür…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru