Kimdir yalançı - Roza, Corc və ya......

6-07-2022, 15:40           
Kimdir yalançı - Roza, Corc və ya......
Müğənni Roza Zərgərlinin övladlığa götürdüyü aktyor Corc Qafarova ev verilib. Bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

“SAVAŞ” xəbər verir ki, C.Qafarovun evlə təmin olunması sosial mediada birmənalı qarşılanmayıb. Ailəsinin maddi imkanının yüksək olduğu halda, gənc aktyora ev verilməsi tənqidlərə tuş gəlib.

Corc Qafarov yenidən “Instagram”da paylaşım edərək, ev məsələsinə aydınlıq gətirib. O, həm də bu paylaşımı ilə analığı Roza Zərgərlinin yalanını üzə çıxarıb:

“Roza xanım məni rəsmi olaraq övladlığa götürməyib, mənə ev almayıb, bacardığı qədər əlimdən tutub, kömək edib. Mən və qardaşım evimizin olmadığına görə Sosial Xidmətlər Agentliyinə müraciət etmişdik, qurum da mənim və qardaşımın uşaq evində böyüdüyümüzü, dövlətin himayəsində təhsil aldığımızı və valideynimizi itirdiyimizi araşdırdıqdan sonra bizi mənzillə təmin etdi”.

Aktyor onu qınayanlara cavabında bildirib ki, ev sahibi olmaq onların da haqqlarıdır.

Qeyd edək ki, R.Zərgərli dəfələrlə mediaya açıqlamasında Corc Qafarovu övladlığa götürdüyünü və hətta onun üçün mənzil aldığını söyləyib. Lakin Corc bugünkü paylaşımı ilə R.Zərgərlinin yalanlarını ifşa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru