PSJ-nin futbolçusu "Mançester Yunayted"ə keçə bilər
Bu gün, 11:54
"Mançester Yunayted" PSJ-nin hücumçusu Randal Kolo Muanini satın almağı düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə "Footmercato" məlumat yayıb.
Məlumata görə, fransız futbolçu ilə "Nyukasl" da maraqlanır. Eyni zamanda, futbolçunun icarə əsasında çıxış etdiyi "Yuventus" da fransızın transferi üçün təklif verməyə hazırdır.
Xatırladaq ki, 26 yaşlı futbolçunun PSJ ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.