Roma imperatorunun bürünc heykəli 65 ildən sonra Türkiyəyə qaytarıldı VİDEO/FOTO
Bu gün, 11:38
Roma imperatoru Mark Avrelinin Türkiyənin Burdur bölgəsindən 1960-cı ildə oğurlanmış bürünc heykəli 65 ildən sonra Türkiyəyə qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında paylaşım edib.
"Uzun və çətin bir mübarizə apardıq. Haqlı idik, qətiyyət göstərdik, səbirli olduq və nəticədə qalib gəldik. Bütün lazım olan sübutları topladıq və Fəlsəfə imperatoru Mark Avrelinin heykəlini yenidən onun aid olduğu torpaqlara qaytardıq", - deyə nazir bildirib.