Xətai rayonu Sarayeva küçəsində qanunsuz obyektin açılışına hansı məmur icazə verdi?-Videofaktlar

Bu gün, 09:04           
Xətai rayonu Sarayeva küçəsində qanunsuz obyektin açılışına hansı məmur icazə verdi?-Videofaktlar
Xətai rayonu Sarayeva küçəsində qanunsuz obyektin açılışına hansı məmur icazə verdi?-Videofaktlar
Gündəm
19.07.2025
Xalq.Online


Ötən illərdə Xətai rayonu Sarayeva küçəsində həmin yol üstündə olan kiçik parkda ağaclar kəsilib obyekt tikilirdi. Bununla bağlı mətbuatda bir sıra məlumatlar dərc olunmuşdur. Hətta video və foto görüntülərə yayılmışdır.

Həmin ərazidə ictimai qınaq olduğu üçün işlər dayandırıldı.

XALQ-a daxil olan məlumata görə Sarayeva küçəsində yenidən həmin ərazidə qanunsuz obyekt açılıb.



Xətai sakinləri bildiriblər ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında – Sarayevo küçəsində yaşıllıq ərazidə iaşə obyektinin açılışına kim icazə verib? Bu məsələyə etiraz etdiklərini bildirən şikayətçilər burada aparılan işlərin ağacların məhv olmasına, şəhər mühitinin pozulmasına və insanların piyada hərəkətinə ciddi maneə yaratdığını deyiblər.


Ötən il aparılan işlər dayandırıldı:

Amma ötən həftə yenidən Sarayeva küçəsində həmin ərazidə qanunsuz işlər aparılıraq obyekt fəaliyyət başladı. Həmin görüntüləri təqdim edirik:
XALQ bildirir ki, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Xətai rayon icra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Qurumların mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru