Bilinmir: deputatdır, yoxsa QOÇU... - BU NƏDİ BELƏ?
Bu gün, 10:25
Qubalı deputat ustaların haqqını kəsib. Bu barədə sosial mediada paylaşım edilib. Belə ki, Qubanın deputatı Əlibala Məhərrəmzadənin evində, bağında, villasında,otelində işləyən bir neçə nəfər “Sitat.info”-ya şikayət ünvanlayıblar. İşi görüb bitiriblər, pullarını ala bilmirlər. İddiaya görə, deputat ustaların haqqını kəsib. Jurnalist məsələ ilə bağlı deputata tam mədəni formada zəng edib, onun da fikirini öyrənməyə çalışıb. O isə kobud cavab verərək, jurnalisti hədələyib. “Siz şikayət qəbul edənsiniz? Darıxmayın, sizi başa salacaqlar” deyə cavab verib. Jurnalistə şikayət edən ustaya isə Qubada təzyiq göstərildiyi bildirilir.