Məşhur müğənni Baskov axtarışa verildi

Bu gün, 00:12           
Məşhur müğənni Baskov axtarışa verildi
Məşhur müğənni, Rusiyanın Xalq artisti Nikolay Baskov Ukraynada axtarışa verilib.
Ajans.az xəbər verir ki, müvafiq informasiya Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) məlumat bazasında yer alıb.

UTX-nin materiallarındakı məlumatlara əsasən, o, Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd etməkdə ittiham olunur.

Nikolay Baskov 2022-ci ilin fevralından Ukraynada hərbi əməliyyatları fəal şəkildə dəstəkləyir. 2023-cü ildə sənətçi Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan Qərb tanklarını sıradan çıxaran hər kəsə 1 milyon rubl ödəyəcəyini vəd etmişdi.

Nikolay Baskov 2004-cü ildə Ukraynanın Xalq artisti olub. 2024-cü ildə Ukrayna Prezidenti Volodimir Zelenski onu bu addam məhrum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru