Tramp azyaşlılara təcavüzdə ittiham olunan Epşteynlə 15 il dost olub

Bu gün, 12:58           
Tramp azyaşlılara təcavüzdə ittiham olunan Epşteynlə 15 il dost olub
ABŞ Prezidenti Donald Tramp və azyaşlılara təcavüzdə ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteyn 15 ilə yaxın dost olublar.

Bu barədə "The New York Times" yazır.

Onlar təxminən 1990-cı ildə, Epşteyn Trampın Floridadakı Mar-a-Laqo malikanəsinin yaxınlığında ev aldıqda tanış olublar. Onlar müntəzəm olaraq ünsiyyət qurur, bir-birlərini ziyarət edir, modellərin dəvət olunduğu şənliklər və şam yeməyi təşkil edirdilər.

Dostluq təxminən 2004-cü ildə sona çatıb. Münaqişənin səbəbi isə həm Tramp, həm də Epşteynin Floridadakı Palm Biçdə malikanə almaq istəyi olub. Tramp bu mübahisədən qalib çıxıb və mülkü 41 milyon dollara alıb.

Trampın özü daha sonra ətrafına bildirib ki, Epşteyndən uzaqlaşmaq üçün başqa səbəb var. Belə ki, o, Mar-a-Laqo klubunun üzvlərindən birinin qızı ilə özünü nalayiq aparıb.

Epşteyn 6 iyul 2019-cu ildə Nyu-York ştatının hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. O, həmin il avqustun 10-da həbsxana kamerasında intihar edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru