Ana fərqli illərin eyni günündə dörd uşaq dünyaya gətirdi FOTO Bu gün, 12:38 ABŞ-nin Kaliforniya ştatının sakini 26 yaşlı Naujae Dreyk həqiqətən unikal analıq rekorduna imza atıb.Focus.ua xəbər verir ki, onun dörd övladının hamısı eyni gündə - iyulun 7-də, lakin müxtəlif illərdə dünyaya gəlib.Qəribədir ki, bütün uşaqların sağ ayaqlarında anadangəlmə ləkə var. Onlar müxtəlif yerlərdə yerləşir, lakin bu fakt hekayəyə daha çox sirr əlavə edir.Sonuncu dəfə Dreyk 2024-cü ildə övlad dünyaya gətirib. Digər uşaqlar isə 2019, 2021 və 2022-ci illərdə anadan olublar.Ana etiraf edib ki, belə təsadüfə hələ də inana bilmir. Facebook-da paylaş