İran HHM sistemini yenidən qurduğunu bəyan edib

Bu gün, 00:09           
İran HHM sistemini yenidən qurduğunu bəyan edib
İran 12 günlük müharibə zamanı İsrailin Hərbi Hava Qüvvələri və ölkə daxilində yaradılmış gizli bazadan buraxılan pilotsuz uçuş aparatları vasitəsi ilə sıradan çıxardığı hava hücumundan müdafiə sistemini yenidən qurduğunu bəyan edib.

Demokrat.az-ın “Defah Press”-ə istinadən verdiyi xəbərə görə, bunu İran Ordusunun Əməliyyat İdarəsinin rəis müavini kontr-admiral Mahmud Musəvi bildirib.

Mahmud Musəvi deyib ki, İsraillə müharibə zamanı zədələnmiş hava hücumundan müdafiə qurğuları əvəzlənib və hazırda ölkənin hava məkanı nəzarət altındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru