"hörmətli nazirin sözlərindən belə anlaşılır ki, "sual da bizimdir, satmaq hüququ da bizdədir""

28-07-2022, 08:23           
"hörmətli nazirin sözlərindən belə anlaşılır ki, "sual da bizimdir, satmaq hüququ da bizdədir""
Hörmətli gənc Təhsil nazirimiz Emin Əmrullayevin bu gün keçirdiyi mətbuat konfrasında çıxışında bir cümlə diqqətimi cəlb etdi. Nazir qeyd edir: "Sual satmaq həvəsimiz olsaydı, hamısını satardıq. Məqsəd təbii ki, bu deyil".
Bəlkə mən düz analiz etmirəm. Ancaq, hörmətli nazirin sözlərindən belə anlaşılır ki, "sual da bizimdir, satmaq hüququ da bizdədir". Yəni, Allahınıza şükür edin ki, hamısını satmamışıq.
Bu cavabı oxuyanda mən belə anlayıram ki, müəllimlərin taleyini həll edən sualların satılması üçün hər hansı hüquqi, mənəvi əngəl yoxdur, sadəcə nazirlik müəllimlərə rəhm edib...
Anlaya bilmirəm, bəlkə də böyük bir imtahan prosesinə inamı sarsıdan, hüquqi məsuliyyət yaradan bir hadisəyə belə laqeyd münasibətin özü də "müasir innovasiya", "yenilikçi yanaşmadır"....
Farid Shahbazli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru