“İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə mindi

28-07-2022, 00:07           
“İnvestisiya fəaliyyəti haqqında” qanun qüvvəyə mindi
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.

Fərmana əsasən, investisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas məqsədi yerli və xarici investisiyalar hesabına dayanıqlı iqtisadi inkişafın təmin edilməsindən, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin inkişaf etdirilməsindən, iqtisadiyyatda yeni texnologiyaların, innovasiyaların tətbiq olunmasından ibarətdir.

İnvestisiya fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

– əlverişli investisiya mühitinin formalaşdırılması, o cümlədən azad rəqabət mühitinin gücləndirilməsi;

– investorların hüquqlarının və qanuni mənafelərinin, habelə investisiyaların qorunması;

– investorlara investisiya fəaliyyətinin həyata keçirilməsi zamanı bərabər imkanların yaradılması;

– investisiya fəaliyyətinin həyata keçirilməsi şərtlərinin sabitliyinin təmin edilməsi;

– dövlət əmlakının özəlləşdirilməsi, restrukturizasiyası və sağlamlaşdırılması;

– iqtisadiyyatın prioritet sahələrində investisiya layihələrinin dəstəklənməsi;

– investisiya fəaliyyətinin həyata keçirilməsi ilə bağlı investorlara göstərilən xidmətlərin rəqəmsallaşdırılması və "bir pəncərə” prinsipi əsasında göstərilməsi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru