Yeni AMEA-nın prezidenti kim olacaq? - AÇIQLAMA

30-07-2022, 10:56           
Yeni AMEA-nın prezidenti kim olacaq? - AÇIQLAMA
Hazırda aktual olan məsələlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçkilərinin keçirilməsidir.

Ölkə başçısının fərmanı ilə bir sıra elmi müəssisə və təşkilatlar yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Elm və Təhsil Nazirliyinin tabeliyinə keçən qurumlar arasında dəqiq elmlər üstünlük təşkil edir.

Belə olduğu təqdirdə AMEA-nın yeni rəhbərliyi humanitar elmlər sahəsindən seçiləcək? DİA.AZ-ın məlumatına görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Cebhe.info-ya bildirib ki, akademiyanın tərkibində qalan institutlar sırasında humanitar və ictimai elmlərə aid olanlar çoxluq təşkil edir:

“Ancaq hamısı humanitar və ictimai elmlərə aid institutlardan ibarət deyil. Burada Seysmologiya İnstitutu, Milli Ensiklopediya var ki, bütün elm sahələri əhatə olunub, Mərkəzi Kitabxana da var. Yəni bura Humanitar Elmlər Akademiyası kimi baxmaq doğru deyil. Biz elmimizin əsgəriyik və öz borcumuzu yerinə yetirməyi şərəfli, məsuliyyətli vəzifə hesab edirik”.

O bildirib ki, akademiyanın prezidenti ümumi yığıncaqda səsvermə ilə çoxluq qazanan şəxs olacaq:

“Hələ ki prezident seçkiləri ilə bağlı qərar qəbul olunmayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.