Erməni rəsmilərinin isti bəyanatları düşmənin müqavimət potensialının tükəndiyini nümayiş etdirir

30-07-2022, 17:30           
Erməni rəsmilərinin isti bəyanatları düşmənin müqavimət potensialının tükəndiyini nümayiş etdirir
Taleyin acı ironiyası Azərbaycan fəaliyyətləri sağlam məntiqə sığmayan ölkələrlə qonşu olmaq kimi çətin bir vəzifə verib. Belə ki, Ermənistanın dünyada tək strateji müttəfiqi və ərazisində baza saxlamağa razılıq verdiyi ölkə Rusiyadır. Rusiya isə Hindistanın üzun onilliklər boyu ən böyük silah ixracatçısıdır. Ümumilikdə dünyada mövcud olan istənilən qədər köhnə nəsil silah Hindistanda alıcı tapa bilir. Belə olan halda Ermənistan eyni silahı müttəfiqi Rusiyadan deyil, gedib Hindistandan alması hansı məntiqə sığır? Moskvanı qıcıqlandırmaq istəyirlərsə, buna nail olduqlarına əminəm. 3 ildir 40 milyon dollar tapıb 5 ədəd REM kompleksini Hindistandan Ermənistana gətirə bilməyənlərin, bu gün qırıcı və PUA partiyasının alınması barədə bəyanatları da bir az fantastikaya bənzəyir. Yardım və kreditlə Rusiyadan, nəğd vəsait olanda isə (əgər bu vəsait tapılıbsa) Hindistandan silah alan İrəvanı Moskva əhf etməyəcək. Bunu Kreml növbəti arxadan vurulan zərbə kimi dəyərləndirəcək.
Alqı satqının özünə gəlincə, mən 3 ildir ki, Ermənistanın Hindistandan silah aldığını eşidirəm, amma onları əməliyyatlar zonasında və ya təlimlərdə tapa bilmirəm. Bu gün isə məlum olur ki, hələ də silah alınır, amma alınıb qurtarmayıb və həmin silahlar hələ də Ermənistan ərazisinə çatdırılmayıb.
İstənilən halda heç bir silah Ordunu şərəfləndirə bilməz, əksinə Ordu silahı şərəfləndirər. 10 min fərari ilə “21-ci əsrin ilk fərari ordusu” titulunun layiqli daşıyıcısı olan Ermənistan ordusuna nə əcdadları olan hind qaraçılarının plagiat silahları, nə də köhnə rus silahları kömək edə bilməyəcək.
İşğalçıların qoyub qaçdıqları silah-sursatların miqyasını xatırlayaq. Ermənistanın silah problemi heç vaxt, hətta müharibə dövrandə olmadı. Müasir deyildilər, amma döyüşmək istəyən üçün yetərli silahlar idi. Ermənistan ordusunun əsas problemi bu silahlardan son qamla qanına qədər istifadə edəcək ürəkli döyüşçülərinin çox az olmasından ibarət oldu. Silah var idi, döyüşən heyət yox idi. Hamı canının hayında idi. Döyüşənləri Erablura, döyüşməyənləri isə fərari kimi həbsxanalara göndərən Ordumuz, bu gün də nailiyyətlər əldə etməkdə davam edir. Ermənistanın Laçın dəhlizi, 5 bəndlik təklifin qəbul edilməsi və nəhayət Azərbaycanın ərazi bütövlüyünün tanınması barədə erməni rəsmilərinin isti bəyanatları da düşmənin müqavimət potensialının tükəndiyini nümayiş etdirir.
Rusiya Müdafiə Nazirliyinin sülhməramlı kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdə həyata keçirdiyi ardıcıl və yarıtmaz fəaliyyətləri, Ermənistan və Rusiya tərəfinin birgə bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməməsi, Azərbaycan da üzərinə götürdüyü öhdəliklərdən imtinası üçün münbit şərait yaradır. Bunun isə Qarabağdakı fərari ordusunun qalıqları və erməni silahlıları üçün hansı fəalakətlər vəd edəcəyini ehtimal etmək çox da çətin deyil.
Azərbaycan tərəfi döyüş əməliyyatlarının bərpa olunmasını arzu etmir, bizim gündəliyimizdə sülhün bərpası əsas yer tutur, lakin Ermənistan tərəfi bundan vaxt uzatmaq üçün sui-istifadə etməsi proseslərin geri dönüşü olmayan istiqamətə yönəlməsinə də səbəb ola bilər.
Ermənistan bundan sonra ya ağıllı olacaq, ya da havadan asılı vəziyyətdə hədəf axtaran “Dəmir Yumruq” vasitəsilə ağıllı olmağa məcbur ediləcək.
Ədalət Verdiyev, hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.