“Meyit”lə yatanlar - erməni nekrofillərin bitməyən həyasızlığı

31-07-2022, 10:58           
“Meyit”lə yatanlar - erməni nekrofillərin bitməyən həyasızlığı
Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan dünən İrəvanda BMT Baş Məclisinin sədri Abdullah Şahidlə görüşüb. Rəsmi İrəvanın yaydığı məlumatdan aydın olur ki, görüşdə “regional təhlükəsizliklə bağlı məsələlər, o cümlədən Qarabağ məsələsi müzakirə edilib”.

Erməni rəsmi şəxsi ola, belə təmaslarda Minsk Qrupunun adını çəkmək fürsətini qaçıra. Əlbəttə ki, Mirzəyan BMT ali təmsilçisi ilə görüşdə də bu haqda çərənləyib. Köhnə “saqqızı” çeynəyərək deyib ki, “ATƏT-in Minsk Qrupu üçlüyü Qarabağ probleminin həllində yeganə formatdır”. Yaxud onun iddiasına görə, “Minsk Qrupu Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqları məsələsi ilə məşğul ola biləcək beynəlxalq mandata sahib yeganə formatdır”.

Eyni fikri o, bir gün qabaq Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşdə də bəyan edib. Ermənistan XİN-in mətbuat xidməti Xovayevi həm də ATIƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri kimi təqdim edib. Halbuki Rusiya həmsədrlik formatından faktiki imtina edib və Xovayevi də elə bu səbəbə xüsusi nümayəndə kimi görəvləndirib. Rəsmi İrəvan isə zorla onun boynuna qoyur ki, o, həm də həmsədrdir. O zaman xüsusi nümayəndə statusu İ.Xovayevin nəyinə lazım görəsən? Sual əlbəttə, ritorikdir...

Beləcə, İrəvan öz aləmində az qala hamını ənənəvi erməni hiyləgərliyi ilə barmağını doladığını zənn edir. Çünki Minsk Qrupu varsa, 10 noyabr kapitulyasiya sənədi yoxdur! Bu, 2 x 2 = 4 qədər bəsit həqiqətdir. Rusiya isə məhz həmin üçtərəfli sənəd əsasında özünün hərbi kontingentini legitim əsasda, yəni Azərbaycanın razılığı ilə ərazimizdə - Qarabağda yerləşdirib. Müvəqqəti də olsa. Onun əsas bəndlərinə, xüsusən də 4-cü və 9-cu bəndlərinə laqeyd yanaşsa da. Ancaq bu, ayrı mövzudur.

Gerçək budur ki, Ermənistan Minsk Qrupu söhbətini çürütməklə, 10 noyabr aktını arxa plana keçirmək səyləri ilə ən əvvəl Rusiyanın “bostanına” daş atır – özəlliklə ABŞ-ın sifarişi ilə...

Əslində isə ermənilərin problemi həkimlikdir. Siyasət və ya diplomatiyalıq yox. Özü də psixiatr-həkimlik. Yoxsa ölmüş bir qurum olan Minsk Qrupu ilə “nəfəs almağa” görə başqa hansı diaqnoz qoyula bilər ki?

Söz düşmüşkən, müasir tibdə ölülərə rəğbət, maraq göstərənlərə, yaxud cəsədlərlə yatanlara, hətta cinsi münasibətdə olanlara nekrofil deyirlər. Necə ki, pedofillər (uşaqbazlar) var, meyitbazlar – nekrofillər də mövcuddur. İndi bu manyak erməni yetkililəri də. Nə vaxtadək Minsk Qrupunun “murdar olmuş cəsədi” ilə özlərinə təsəlli tapacaqlar?..

Qayıdaq Mirzəyanın Şahidlə görüşünə. BMT Baş Məslisinin sədri Minsk Qrupu iddiasına cavabında Mirzəyana nə söyləyib, bilinmir. Erməni mediası bu barədə susur. Demək, başından edib.

Nə desin Abdulla Şahid? Desin ki, BMT TŞ-nin on illərlə kağız üzərində qalan Qarabağa dair 4 məlum qətnaməsini Azərbaycan özü həyata keçirməli olub? Və ya izah eləsin ki, 28 ildə BMT niyə İşğalçı Ermənistana sanksiya tətbiq eləmədi?

Ermənistan baş diplomatının həyasızlığı isə təkcə MQ və ya “Qarabağ problemi” ilə bitməyib. Görüşdə o, üstəlik, heyrətamiz sırtıqlıqla qondarma “soyqırım” mövzusunu qaldırıb, bu məsələnin BMT çərçivəsində “irəli aparmağın vacibliyindən” dəm vurub.


Təbii ki, saxta genosidi tanıma iddiasından söhbət gedir. Ancaq bu, mümkünmü? Mümkün idisə, nə əcəb 70 ildə reallaşmayıb? Ona görə reallaşmayıb ki, Baş Məclisdə təmsil olunan ölkələrin mütləq əksəriyyəti uydurma genosidi tanımayan, fəqət, erməniləri yaxşı tanıyan dövlətlərdir. Çoxsaylı müsəlman dövlətləridir, Çindir, İsraildir, həmçinin bir sıra xristian ölkələridir (Gürcüstan və s.). Hansı ki, barmaqdan sovrulmuş bu yalanın nə məqsəd güddüyünü yaxşı bilirlər...

Məlumdur ki, qondarma məsələni əsasən xristian Qərb dünyasının ölkələri tanıyıb ki, bu da sırf siyasi motivdən – Türkiyə amilindən qaynaqlanır. Kəsəsi, ermənilərin BMT ümidləri xülyadır, xülya olaraq da qalacaq.

Amma kimə deyirsən, meyitlə yatmağı, meyitlə nəfəs almağı sevən ermənilər çətin ki, manyaklıqlarından asanca əl çəksinlər. Vərdişi tərgitmək çətindir. Bu, 1915-ci il hadisələrində ölən ermənilərin sayını cəmi bir neçə on illik ərzində şişirdib 150 mindən 1.5 milyona çatdıran saxtakar bir millət, ölüləri də “doğub-törəyən” unikal toplum!..

Zahid SƏFƏROĞLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.