Azərbaycanı müxtəlif dini təqriqətlərin, qruplaşmaların cənginə vermək olmaz

5-08-2022, 11:00           
Azərbaycanı müxtəlif dini təqriqətlərin, qruplaşmaların cənginə vermək olmaz
Azərbaycanın Londondakə səfirliyinə hücum edən "The Mahdi Servants Union" (Həzəti)Mehdinin xidmətçiləri birliyi)nə küveyt əsilli Yasser Al-Habib rəhbərlik edir. O, Ayatollah Sayyid Mujtaba al-Husayni al-Shirazinin kürəkənidir. Yasser Al-Habib bir müddət Qumda dini təhsil alıb.
Ümumyyətlə, Şirazilər nəsli XIX əsrdə Şirazdan Kərbəlaya köç edib. Bu nəsil dinə bağlılığı ilə seçilir.
Hazırda 78 yaşı olan Ayatollah Sayyid Mujtaba al-Husayni al-Shirazi (1943) İran İslam İnqilabını həyata keçirmiş Ruhullah Musəvi Xomeyni ilə son dərəcə yaxın olub. Bir çoxları al-Şirazini Xomeyniyə dəstək verən “yeganə ərəb” kimi təqdim ediblər. Onlar İraqda bir yerdə olub. Xomeyni İranda iqtidara gəldikdən sonra al-Şirazi də İrana dönmüşdü. Onun Xomeynini vəsf edən şerləri ortadadır. Ancaq onun qardaşının Xomeyniyə münasibəti tənqidi xarakter daşıyırdı. Sonda al-Şirazi qardaşının müdafiəsinə qalxdı. Nəticədə onunla Xomeyni arasındakı münasibətlər pozuldu. O, 1994-cü ildə Məşhəddən Londona müahcirətə getməli oldu. Elə o vaxtdan da (Həzəti)Mehdinin xidmətçiləri birliyi) arasında düşmənçilik davam edir.

2010-cu ilin fevralında yaranmış bu təşkilat maddi baxımdan kifayət qədər zəngindir. Bir-iki faktı deyim. Onlar 2013-cü ildə Fulmer, Buckinghamshire adlanan ərazidəki köhnə kilsəni 1.2 milyon funt-sterlinqə aldılar və orada “Al-Muhassin” kimi tanınan məscid inşa etdilər. 2021-ci ildə isə 15 milyon dollardan keçərək “The Lady of Heaven” (Cənnətin xanımı) adlı film çəkdirdilər…
2011-ci ildən isə Fadak Satellite Channel adlı TV-yə (www.fadak.tv) sahibdirlər. Bu kanal ingilis, fransız, ərəb və fars dillərində verlişlər təqdim edir. Bu TV Əbu Bəkir, Ömər və Aişəyə qarşı anti-təbliğatı ilə tanınır. Elə bu səbədən də sünnilər arasında xüsusi nifrət qazanıblar. Səudiyyə Ərəbistanının vəfat etmiş sonucu kralı Abdullahı da bu TV təhqiramiz ifadələrlə lənətləmişdi…
Belə bir təşkilatın Azərbaycanın Londondakı səfirliyində nə iti azıb? Bu suala yəqin ki, tezliklə cavab veriləcək. Xatırladım ki, 2018-ci ilin martında 4 nəfər dəyənək və xəncərlə Londondakı İran səfirliyinə hücum etmişdi. O vaxt “Azadlıq” radiosu belə bir məlumat yaymışdı ki, martın 6-da Böyük Ayatollah Sadeq Shirazinin oğlu Hüseyin Qum şəhərində həbs olunub. Buna etiraz əlaməti olaraq (Həzəti)Mehdinin xidmətçiləri birliyi) İranın Londondakı səfirliyinə hücum təşkil edib.

Azərbaycanın isə Böyük Ayatollah Sadeq Shirazi ilə elə bir problem yoxdur. Qeyd edim ki, Böyük Ayatollah Sadeq Shirazi İranın hazırkı dini lideri ayətullah Seyyid Əli Xameneyiyə qarşı müxalifət mövqeydə dayanır…
Əminəm ki, yaxın saatlarda Londonda baş vermis bu insidentin hansı məqsədlə həyata keçirilməsi aydın olacaq…
Biz ona görə təkidlə deyirik ki, Azərbaycanı müxtəlif dini təqriqətlərin, qruplaşmaların cənginə vermək olmaz. Azərbaycan dini baxımdan tolerant ölkə olaraq qalmalıdır. Radikal dinçilər ölkələrə səfalət və faciələr yaşadırlar…
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru