Məlhəm Hospital xəstəxanasında fəaliyyət göstərən Dr. Elçin Zodanov Almaniya vətəndaşı ilə qalmaqal böyüyür - İşə səfirlikdə qarışır
Bu gün, 09:04

Redaksiyamıza Məlhəm hoispitalda plastik estetik cərrah kimi fəaliyyət göstərən dr Elçin Zodanovla bağlı Türkiyə vətəndaşı Pınar Dinlər tərəfindən şikayət məktubu daxil olub. Qeyd etmək istəyiri ki, bir qədər əvvəl bu xanımın vəkili Rechtsanwalt Gerhard Dorka-nın Səhiyyə Nazirliyinə yazdığı şikayət məktubunu dərc etmişdik.
(https://teref.az/manset/389009-daha-bir-plastik-cerrah-qalmaqali-melhem-hospital-xestexanasinda-fealiyyet-gosteren-dr-elcin-zodanov-almaniya-vetendasini-ugursuz-emeliyyat-edib.html)
[b]
Şikayətçi xanım iddia edir ki, doktor Elçin Zodanov onu səhv əməliyyat edib. Və əslində onunda plastik cərrahiyya əməliyyatı etməyə qanunla icazəsi yoxdur. Şikayətçi xanımın məktubuna heç bir müdaxilə etmədən oxuculara təqdim edirik:
Mən – Pınar Dinler Passnr:C6XTYPYWP və bacım Özben Dinler, alman ve Almaniyada yaşayan vətəndaş olaraq, 15.06.2024 tarixində Bakı şəhərində yerləşən Melhem Hospital adlı özəl klinikada Dr. Elçin Zodanov (rəsmi sənədlərdəki adı Ələsgerov Elçin Rasim) tərəfindən estetik əməliyyat keçirmişik.
1. Əməliyyatlarla bağlı faktlar:
İlk əməliyyat nəticəsində çox ciddi tibbi fəsadlar yaranmışdır: döşlərdə asimmetriya, implantın içəridə dönməsi, tikişlərin açılması, irin axıntısı, şiddətli ağrılar.
Bu vəziyyətə görə həm həkim, həm də klinikanın müdiri bizi ikinci əməliyyata razı salmış, “bu dəfə düzələcək” deyərək etibarımızdan istifadə etmişdir.
İkinci əməliyyat da uğursuz olmuşdur, nəticələr daha da pisləşmişdir.



2. Maddi və mənəvi zərər:
İki əməliyyat üçün ümumilikdə 9.300 avro (4.500 € + 4.800 €) ödəmişik.
Həkim ikinci əməliyyat öncəsi, əgər nəticə alınmasa pullarımızı geri qaytaracağını yazılı şəkildə və əl yazısı ilə öhdəsinə götürmüşdür.
Buna baxmayaraq, nə klinika, nə də həkim bizə cavab vermir.

3. Aldadıcı fəaliyyət və qanun pozuntuları:
Həkimin diplomlarında adı “Ələsgerov Elçin Rasim” olaraq göstərilir, lakin sosial şəbəkələrdə və xəstəxanada “Dr. Elçin Zodanov” adı ilə tanıdılır. Bu isə pasiyentlərin aldadılmasıdır.

Əsas ixtisası ümumi cərrahiyyədir. Plastik cərrahiyyə üzrə yalnız 2022-ci ildə alınmış bir sertifikata malikdir. Yəni plastik cərrahiyyə üzrə tam ixtisası yoxdur.
Belə olduğu halda geniş və riskli estetik əməliyyatlar aparması xəstələrin həyatı üçün təhlükə yaratmışdır.
Bundan əlavə, bizə məlum olmuşdur ki, bu həkimin daha əvvəl də çoxlu sayda mağdur pasiyenti olmuş, hətta bir pasiyentin ölüm halı, digər bir pasiyentə isə fiziki zorakılıq faktı vardır.
4. Digər faktlar:
Telefon danışıqlarımızda həkim bizə “hara istəyirsən şikayət et” deyərək məsuliyyətdən qaçmışdır.
Bu danışıqların səs yazıları və yazışmalar mövcuddur.
Tələblərimiz:
Sözügedən həkim barəsində təcili araşdırma aparılması,
Sertifikat və fəaliyyət icazəsinin qanuniliyinin yoxlanılması,
Klinik rəhbərliyinin məsuliyyətə cəlb edilməsi,
Bizim tibbi, maddi və mənəvi zərərlərimizin qiymətləndirilməsi və ödənilməsi,
Şikayətimizə yazılı cavab verilməsi.
Əlavə olaraq, əməliyyatdan əvvəl və sonra çəkilmiş fotolar, həkimin diplom və sertifikat surətləri, yazışmalar və səs yazıları da təqdim olunur.
Əgər bu şikayətimizə rəsmi cavab verilməzsə, biz məsələni məhkəmə yolu ilə, həmçinin milli və beynəlxalq mətbuat orqanlarında ictimailəşdirəcəyik.
Hörmətlə,
Pınar Gündoğdu Dinler
Almaniya
TEREF olaraq dr Elçin Zodanovla əlaqə saxlamaq üçün onun instiqramdakı səhifəsindəki 055 635 7646 nömrəsinə zəng etdik. Zəngimizə cavab verən xanım özünü Dr Elçin Zodanovun asistenti kimi təqdim etdi. Və Elçin Zodanov-un bizimlə əlaqə saxlayacağını desədə heç bir əlaqə saxlayan olmadı.
Bizdə həkimdən bir çox məqamları aydınlatmağını istəyərdik!
Yenədə qarşı tərəfə cavab vermək üçün səhifəmiz açıqdır!
S,S Pınar xanım aşağıda bizə yazdığı müraciəti eyni ilə Azərbaycanın Almaniyadakı səfirliyinə təqdim etdiyini deyir.
TEREF