Alyaska görüşünə daşınan “sirli” çamadan

Bu gün, 09:16           
Alyaska görüşünə daşınan “sirli” çamadan
Putinin ən gizli məlumatları necə qorunur?

Rusiya Prezidenti Vladimir Putinin mühafizəçilərinin ABŞ Prezidenti Donald Trampla Alyaskada keçirilən görüşü zamanı onun nəcisini toplamaq üçün xüsusi “çamadan” daşıdıqları barədə məlumat yayılıb. Bu barədə “The Express US” yazıb.

Məlumatlı mənbə bildirib ki, qeyri-adi təhlükəsizlik tədbirinin məqsədi xarici dövlətlərin Rusiya liderinin səhhəti haqqında məlumat əldə etməsinin qarşısını almaq olub. “Putinin mühafizəçiləri onun nəcisini toplayaraq ölkəyə geri aparıblar”, – deyə “The Express US” yazıb.

Görüş zamanı Putini qorumaq üçün ciddi təhlükəsizlik tədbirləri görülüb. O, mühafizəçilərlə əhatə olunub, həm prezidentin özünün, həm də onu (onun barədə məlumatları – red.) qoruyan Rusiya kəşfiyyatının əməkdaşlarının təhlükəsizliyi üçün bir sıra addımlar atılıb.

“The Express US” Fransanın “Paris Match” nəşrinin jurnalistləri Rejis Jente və Mixail Rubinə istinad edən yazır ki, Rusiya Prezidentini qoruyan Federal Mühafizə Xidməti (FSO) əməkdaşları Putinin bioloji tullantılarını, o cümlədən nəcisini toplayaraq xüsusi kisələrdə saxlayır və bu məqsədlə ayrılmış çamadanlarda daşıyırlar.

Məlumata görə, bu tədbir artıq uzun illərdir tətbiq olunur. Putinin 2017-ci ilin mayında Fransaya səfəri zamanı da belə bir vəziyyət jurnalistlərin diqqətindən yayınmayıb. Güman edilir ki, bu qəribə tədbir xarici dövlətlərin Rusiya liderinin səhhəti barədə nümunələr əldə etməsinin qarşısını almağa yönəlib. Belə ki, prezidentin nəcis və sidiyinin nümunəsini əldə edən xarici kəşfiyyat orqanları onun hansı xəstəliklərdən əziyyət çəkdiyini və səhhətinin vəziyyətinin nə yerdə olduğunu öyrənə bilərlər.

Putin barədə bir sıra araşdırma yazıları ilə çıxış edən Azərbaycan əsilli jurnalist Fəridə Rüstəmova da Rusiya liderinin Vyanaya səfəri zamanı oxşar tədbirlər görüldüyünü yazıb. Onun sözlərinə görə, Putin həmin vaxt daşınan tualetdən istifadə edib. “Mənbə bildirib ki, prezident bu praktikanı 1999-cu ildə hakimiyyətə gəldiyi gündən həyata keçirir”, – “The Express US” yazıb.

Bu xəbərlər 72 yaşlı prezidentin səhhəti ilə bağlı uzun müddətdir davam edən iddialar fonunda yayılıb. Keçən ilin noyabrında Qazaxıstanın Astana şəhərində keçirilən mətbuat konfransı zamanı Putinin ayaqlarını titrətməsi müşahidə olunub. Dr. Bob Beruxim bunun Parkinson xəstəliyi kimi nevroloji problem ola biləcəyini ehtimal edib.

Putinin 2023-cü ildə Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüş zamanı da oturduğu yerdə titrədiyi diqqət çəkib. “2022-ci ildə isə Kreml Xarici Kəşfiyyat Xidmətinin generalının idarə etdiyi Telegram kanalının Putinin yıxıldıqdan sonra özünü batırması barədə iddialarını təkzib etməyə məcbur olub”, – “The Express US” yazır.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru