Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında

Bu gün, 09:06           
Nobel istəyi, cənnətə getmək arzusu... -
"Həftədə 7000 insanı ölümdən xilas edə bilsəm, düşünürəm ki, bu, çox yaxşıdır - bacararamsa cənnətə gedə bilərəm”

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həllinə görə Nobel Sülh Mükafatından daha çox şey istəyir. O həm də öləndən sonra cənnətə gedəcəyinə ümid edir.

Tramp ümid edir ki, Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün onun vasitəçiliyi cənnətə düşməsinin “səbəblərindən biri” olacaq.

"Həftədə 7000 insanı ölümdən xilas edə bilsəm, düşünürəm ki, bu, çox yaxşıdır - bacararamsa cənnətə gedə bilərəm. Eşitmişəm ki, işim yaxşı deyil. Mən əslində totem dirəyinin dibindəyəm", deyən Prezident seçki kampaniyası zamanı dəfələrlə Ukraynadakı müharibəni "24 saata bitirəcəyinə” söz vermişdi.

Tramp Nobel Sülh Mükafatını qazanmaq arzusunu gizlətmir. Bir həftə əvvəl Ağ Ev bəyan edib ki, artıq yeddi ölkə – Azərbaycan, Ermənistan, Qabon, İsrail, Kamboca, Ruanda və Pakistan Trampın sülh mükafatına namizədliyini irəli sürüb. Ağ Evin bəyanatında deyilir: “Donald Tramp Sülhün prezidentidir.

Dünən Trampın özü prezidentliyə qayıtdıqdan sonra artıq 6 müharibəyə son qoyduğunu bildirib.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru