Azərbaycan kakao ixracından nə qədər gəlir əldə edib?

Bu gün, 09:28           
Azərbaycan kakao ixracından nə qədər gəlir əldə edib?
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 6 milyon 859.62 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar ixrac olunub.

Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə isə 5 milyon 242.07 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsulların ixracı həyata keçirilib.

Beləliklə, illik müqayisədə sözügedən məhsulun ixrac dəyəri 1 milyon 617,55 min ABŞ dolları dəyərində və ya 30,85% artıb.

Eyni zamanda ilk 7 ayda Azərbaycan xaricdən 85 milyon 064.12 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal edib. Ötən ilin eyni dövründə isə xaricdən ölkəyə gətirilən bu məhsullların idxal dəyəri 72 milyon 165.62 min ABŞ dolları təşkil edib.

Beləliklə, kakao və ondan hazırlanan məhsullların idxal dəyəri illik müqayisədə 12 milyon 898,5 min ABŞ dolları dəyərində və ya 17,87 artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru