Ronaldunun komandası finalda uduzdu

Bu gün, 09:08           
Ronaldunun komandası finalda uduzdu
Səudiyyə Ərəbistanı Superkubokunun final oyunu baş tutub.

Teleqraf xəbər verir ki, həlledici matçda "Əl-Nəsr"lə “Əl-Əhli" komandaları üz-üzə gəlib.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 41-ci dəqiqədə "Əl-Nəsr"in kapitanı Kriştianu Ronaldu penaltini dəqiq yerinə yetirərək hesabı açıb. 45+6-сı dəqiqədə isə Mattias Yasslenin rəhbərlik etdiyi kollektiv Frank Kessinin qolu sayəsində hesabı bərabərləşdirə biliblər.

82-ci dəqiqədə Marselo Brozoviç “Əl-Nəsr”i yenidən irəli çıxarıb. Lakin 7 dəqiqə sonra Rocer İbanez hesabda tarazlıq yaradaraq oyunu penaltilər seriyasına daşıyıb.

Penaltilər seriyasında "Əl-Əhli"nin futbolçuları daha dəqiq olublar - 5:4.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru