"Ukrayna irəliləyir, Rusiya isə..." - Putinin "dəmir kukla"sından ŞOK ETİRAF

5-10-2022, 16:14           
"Ukrayna irəliləyir, Rusiya isə..." -
Kremlin nəzarətində olan Rossiya-1-də "60 dəqiqə" verilişinin aparıcısı Olqa Skabeyeva müharibədəki son vəziyyətlə bağlı verlişində verdiyi suallarla sosial medianın gündəmini zəbt edib.

İngiltərənin "Daily Star" qəzeti xəbər verir ki, 37 yaşlı Olqa Skabeyeva Luqansk xalq milisi birləşməsinin üzvü Andrey Maroçko ilə müsahibəsi zamanı diqqətçəkən suallar verərək Rusiyanın döyüş meydanındakı uğursuzluğunu etiraf edib.

Müsahibəyə "Biz əsgər deyilik, ona görə də bizə izah edin" sözləri ilə başlayan Skabeyeva Maroçkoya bu sualları verib:

"Niyə onlar kənddən-kəndə irəliləyərkən biz metr-metr irəliləyirik? Niyə indi onlar üçün işlər daha yaxşı gedir? Vəziyyət nə vaxt dəyişəcək?"

Maroçko isə ittihamları rədd edib və iddia edib ki, Rusiya və onun qüvvələrinin döyüşməsinin səbəbi NATO-dur.

“Nəzərə alaq ki, biz Ukrayna qoşunları ilə döyüşmürük, NATO əsgərləri ilə döyüşürük. Onların böyük resursları var. Hazırda onların resursları bizimkindən üstündür”, - Maroçko bildirib.

O, sözünə belə davam edib:

“Onların əsas mənbəyi kəşfiyyatdır. Onlar sözün həqiqi mənasında bizim hərəkətlərimizi peykdən onlayn izləyirlər. Təbii ki, bu, Ukraynaya böyük fayda verir və onların uğur şansları bizimkindən qat-qat yüksəkdir”.

Skabeyeva Qərbin Ukraynaya silah verməsinin qlobal münaqişə anlamına gəldiyini iddia edib və aşağıdakı ifadələri işlədib:

“Bəlkə, Ukraynada xüsusi hərbi əməliyyatın başa çatdığını qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə - III Dünya müharibəsi başlayıb”.

Digər tərəfdən Ukrayna qüvvələri bəzi yaşayış məntəqələrini, o cümlədən cənubda Rusiya tərəfindən ilhaq edilən Xerson bölgəsindəki “açar kənd”i ruslardan geri alıb.

Ukrayna Müdafiə Nazirliyinin paylaşdığı videoda 35-ci Dəniz Piyadaları briqadasının Davydiv Brid kəndində Ukrayna bayrağı ucaltdığı əks olunub.

Ukrayna qoşunlarının irəliləməsinin rusları bu bölgədə də geri çəkilməyə məcbur edəcəyi gözlənilir. Xerson hələ də Rusiya qüvvələrinin nəzarətində olsa da, onların Dnepr çayının şimalındakı bölgəni əldə saxlamaqda çətinlik çəkdikləri görünür./musavat.com




Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.