"Global Construction" daha hansı ünvanlarda binaları üzləyib? - SİYAHI
19-05-2015, 16:50
Portalımız bu gün Bakının Binəqədi rayonu ərazisində, Azadlıq prospektində yerləşən 17 mərtəbəli binada yanğın baş verib. Rəsmi məlumatlara əsasən yanğında ölənlərin sayı artmaqdadır. Artıq 16 nəfərin dünyasını dəyişdiyi, 61 nəfərin isə yaralı halda Bakının xəstəxanalarına yerləşdirildiyi söylənilir. Bu hadisə ilə bağlı olaraq artıq Respublika Baş Prokurorluğunda istintaq, cinayət axtarış tədbirlərinə başlanılıb. Metralogiya və Patent üzrə Dövlət Komitəsi də «Global Construktion» şirkətində monitorinqlərə başlayıb.
Yanan binaların üzlüyünü dəyişən bu şirkətlə bağlı araşdırmaların aparıldığı söylənilir. GUNDEMİNFO.AZ-ın aprardığı araşdırmalar isə yarımçıq qalıb. Çünki hazırda axtarılan şirkət sahibləri rəsmi veb saytlarını bağlayıblar. Sayta bir qədər əvvəl giriş mümkün olsa da, sonradan «Under construksion» (sayt təmirdədir red.) söyzəlirə yazılıb. Hazırda şirkətin rəsmi saytına giriş mümkün deyil. Bununla belə saytın işlədiyi müddətdə adıçəkilən şirkətin Azərbaycan ərazisində daha hansı binaların üzlüyünü dəyişməsi ilə bağlı siyahını əldə etmək mümkün olub.
Aşağıda göstərilən ünvanlardakı binaların da Binəqədidə yanan binanın üzlüyü ilə eyni materialdandırsa, deməli təhlükə qalmaqdadır. GUNDEMİNFO.AZ-ın məlumatına əsasən
"Global Construction"ın saytında fasadlara və interyerə poliuretan örtüklərinin quraşdırılması xidmətlərini təqdim etdiyi yazılır.
- Gəncədə Heydər Əliyev Park-Kompleksi, Ziya Bünyadov prospektində üç ədəd 9, iki 5, Bakıxanov qəsəbəsində bir 5 və yeddi 9, Bibiheybət qəsəbəsində 17, Heydər Əliyev prospektində 5 və 16, Atatürk prospektində 16, Təbriz küçəsində iki 9, Yusif Qasımov küçəsində 9, S.Orucova küçəsində 9, A.M.Cümə küçəsində 14, Həsənoğlu küçəsində 9, 13 və 16, Bayıl qəsəbəsində 16, Qaradağ rayonu Sahil qəsəbəsində beş 9, Mayakovski küçəsindəki 4, Buzovnada 9 mərtəbəli yaşayış binaları, Auditorlar Palatası, Azərbaycan Beynəlxalq Bankı, Bakı Klinikası, Günəş Şadlıq sarayı, F.Xoyski küçəsində 200 saylı bağça, Dövlət Sərhəd xidmətinin Akademiyası, Dövlət Miqrasiya xidmətinin inzibati binası, Sumqayıtda 5, Mingəçevirdə iki 3, iki 5, iki 9, iki 12 mərtəbəli yaşayış binası, orta məktəb binası, uşaq bağçası, Saatlı rayon İcra Hakimiyyəti və daha 10-larla bina tamamlanmış və icra mərhələsində olan poliuretan fasadlı layihələrdir.