Yaşı 65-dən yuxarı olanların nəzərinə

17-05-2025, 11:34           
Yaşı 65-dən yuxarı olanların nəzərinə
“65 yaşa çatmış tibb işçilərinin sertifikasiyaya cəlb olunmaması məsələsi qaldırılır”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində səhiyyə naziri Teymur Musayev deyib.
Nazir bildirib ki, tibb sahəsində 70 yaşı olan insanlar da çalışır: “Biz 65 yaşdan sonra şəxslərin müqaviləsini 1 il-1 il uzadırıq. Bəzi ölkələrdə 70 yaşından sonra da tibb işçiləri üçün komissiya yaradılır, onlar hər il həmin komissiyadan keçir, əqli fəaliyyətləri imkan verirsə, fəaliyyətini davam etdirir. Bu, gələcəyin məsələsidir, Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə də hazırda addımlar atılır”. \\APA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru