Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir - BAKI SAKİNİ MÜDAFİƏ NAZİRLİYİNİ İTTİHAM EDİR

Bu gün, 15:38           
Vətən Müharibəsində iştirak etsə də, xanım müğənnimizdən fərqli olaraq veteran statusu ala bilmir
Bakı şəhər sakini Süleymanov Rüstəm Rzaqulu oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 2020-ci ildə Vətən Müharibəsində könüllü olaraq vuruşsa da, bu günə qədər veteran statusu ala bilmir:

“Mən, Süleymanov Rüstəm Rzaqulu oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Bildirim ki, müharibə iştirakçısıyam. Aprel döyüşlərində və Vətən Müharibəsində könüllü iştirak etmişəm. Hərbi biletimdə də bu məlumatlar əks olunub.

Zəngilan və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak etmişəm. Amma Müdafiə Nazirliyi ayrı-seçkilik edib mənə veteranlıq vermir.

Xahiş edirəm, problemimi işıqlandırın, bəlkə səlahiyyətli qurumlar bir tədbir görər".

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.