Siqaretə vida -20 , 30, hətta 40 ildən sonra belə mümkündür!

Bu gün, 11:44           
Siqaretə vida -20 , 30, hətta 40 ildən sonra belə mümkündür!
Dünya üzrə siqaret çəkən insanların sayı sürətlə artır – artıq bu rəqəm 1,2 milyardı keçib. Onlardan 700 milyona yaxını yeniyetmə və uşaqlardır. Siqaret təkcə özünü zəhərləmək deyil, həm də ətrafdakılara zərər verməkdir. Tütün tüstüsü tərkibində zərərli maddələr (karbon qazı, ammonyak və s.) daşıyır. Azərbaycanda da siqaret çəkənlərin sayı artır.

Niyə siqareti tərgitmək lazımdır?

Ürək-damar xəstəlikləri, hipertenziya, ağciyər xərçəngi və digər ciddi xəstəliklərin riski artır.
Siqaret dəriyə, dişlərə və ümumi görünüşə mənfi təsir edir.
Hətta “birdəfəlik” siqaretlər belə orqanizmə eyni dərəcədə zərərlidir.

Siz uzun illərdir siqaret çəkirsiniz. Bəlkə də bir neçə dəfə tərgitməyə çalışmısınız, amma alınmayıb. Özünüzə “Artıq gec deyilmi?” deyə sual verirsiniz?

Cavab: Qətiyyən gec deyil! Hətta Barak Obama belə, 30 ildən sonra siqareti tərgitməyi bacardı.

Siqareti necə tərgitmək haqda yazını təqdim edirik:

Siqareti tərgitmək bu qədər ildən sonra təhlükəlidirmi?

Xeyr, bu – böyük bir mifdir. Alman alimlərinin apardığı 17 araşdırmanın nəticəsinə əsasən, hətta 60 və 70 yaşlarında siqareti tərgidən insanlar, çəkməyə davam edənlərlə müqayisədə daha uzun ömür sürüblər. 40-50 yaşda siqareti tərgidənlərin ömrü isə demək olar ki, heç vaxt siqaret çəkməyənlərlə eyni olub.

“Az çəksəm, bəlkə zərəri az olar?”

Təəssüf ki, bu da işləməyən bir fikirdir. Əgər sizdə nikotin asılılığı varsa, bir müddət sonra əvvəlki dozaya qayıdacaqsınız. Üstəlik, az da çəksəniz, ürək-damar və onkoloji xəstəliklərin riski yüksək qalır.

Siqareti birdən-birə tərgitmək olar?

Əgər siqaret çəkmə təcrübəniz 3-5 ildən çox deyilsə, bəli. Ancaq 10 ildən artıq müddət ərzində hər gün bir qutu və daha çox siqaret çəkirsinizsə, tərgitməni tədricən və əvəzedici üsullarla aparmaq daha təhlükəsiz və effektivdir.

Siqareti tərgidəndə nə baş verir (və nə qədər davam edir)?

Adətən asılılıqdan ayılma mərhələsi “lomka”) bir neçə gün və ya həftədən aylarla davam edə bilər. Bu dövr aşağıdakı simptomlarla müşayiət oluna bilər:

başgicəllənmə, narahatlıq, əsəbilik;
mədə bulanması;
güclü öskürək (ağciyərlərin təmizlənməyə başlamasının əlamətidir);
baş ağrıları (damar sisteminin nikotinsiz həyata uyğunlaşmağa çalışması səbəbilə).
Özünüzə necə kömək edə bilərsiniz?
Nikotin əvəzedici vasitələr: plastır, burun spreyi, saqqız.
Dərmanlar: “Bupropion” (Zyban və ya Wellbutrin) adlı antidepresan nikotin istəyini azaldır.
Psixoloji dəstək: Stresslə baş etməyi öyrənmək vacibdir, çünki siqaret yalnız fiziki yox, psixoloji asılılıq da yaradır.
Niyə bəziləri tərgidəndən aylar sonra yenidən başlayır?
Bu, artıq psixoloji vərdişlərdən qaynaqlanır. Məsələn:

stress anında siqaret axtarılır;
dostlarla siqaret fasilələri “ünsiyyət ritualına” çevrilib;
qəhvə, spirtli içki ilə siqaret ayrılmaz görünür.
Çarə: həmin vərdişləri sağlam alternativlərlə əvəz edin (məsələn, çay fasilələri, nəfəs məşqləri və s.).

Siqareti buraxanlar niyə kökəlir?

Siqaret iştahanı azaldır, nikotin isə maddələr mübadiləsini sürətləndirir.
Tərgitdikdən sonra maddələr mübadiləsi normallaşır, aclıq hissi artır və kökəlmək mümkündür (adətən 3-5 kq).
Digər zərərli vərdişlərə meyil artır: spirtli içki, şirniyyat, həddindən artıq yemək.
Çözüm: sərt diyetlərə yox, balanslı qidalanmaya üstünlük verin: az şəkər, az un məmulatı, çox protein.

Geri qayıtmamaq üçün nə etməli?

Güclü motivasiya: sağlamlıq, ailə, uşaqlar, maddi qazanc və s.
Birlikdə tərgitmək: həyat yoldaşı, dost və ya kollektiv ilə.
Alan Carr-ın kitabı: “Siqareti buraxmağın asan yolu” – bir çox insana kömək edib.
Psixoterapiya: xüsusilə 20+ illik siqaret çəkənlər üçün faydalıdır.
Onlayn forumlar: təcrübə bölüşmək və dəstək almaq üçün əla yerdir.



\\Tribunainfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.