İranəsilli qadın Anqlikan kilsəsinin rəhbəri ola bilər

17-05-2025, 16:24           
İranəsilli qadın Anqlikan kilsəsinin rəhbəri ola bilər
İranda anadan olmuş qadın ilk dəfə olaraq Anqlikan kilsəsinin rəhbəri seçilə bilər.

"The Times" xəbər verir ki, 1966-cı ildə İsfahanda anadan olan və İslam inqilabından sonra ailəsi ilə Birləşmiş Krallığa qaçan hazırkı Çelmzford yepiskopu Müqəddəs Gülnar Eleonor Frensis-Dehqani Kenterberi arxiyepiskopu - yəni Anqlikan kilsəsinin, dünya üzrə Anqlikan icmasının ruhani rəhbəri vəzifəsinə əsas namizəd kimi göstərilir.

Sonuncu Kenterberi arxiyepiskopu Castin Uelbi kilsədəki cinsi istismar hadisələrinə səssiz qalması fonunda ötən ilin noyabrda istefa verib.

Qeyd edək ki, Frensis-Dehqani 2021-ci ildən Çelmzford yepiskopudur. O, Böyük Britaniyanın Baş naziri Kir Starmeri açıq şəkildə tənqid edir.

Bildirilir ki, bu dəfə qadının kilsənin ruhani rəhbəri seçilməsi ehtimalı xüsusilə yüksəkdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru