Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb VİDEO

17-05-2025, 16:04           
Məhərrəm ayı ərəfəsində toylar artıb, qızıl bahalaşıb  VİDEO
Məhərrəm ayının başlamasına az qalmış toyların sayı artıb.

TEREF "Xəzər Xəbər"ə istinadla bildirir ki, satıcıların sözlərinə görə, mövcud vəziyyət qızıl bazarında qiymətlərə də təsir edib.

Son bir neçə gündə qızılın əyyarından asılı olmayaraq, hər qramında 5 manat civarında artım var.

Satıcılar qiymətlərin bir az da artacağını ehtimal edirlər.

Restoran inzibatçılarının sözlərinə görə, bu ay həftəiçi də toy sifarişləri var.

İnzibatçılar bildirirlər ki, əvvəllər edilən toylarda adam sayı az olsa da, Məhərrəm ayına qədər olan toylarda qonaq sayı daha çoxdur.

O da qeyd edilib ki, hətta indidən Məhərrəm ayından sonraya da restoran bron edənlər var.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru