"Tesla" elektrik avtomobil sahiblərini aldatmaqda ittiham edilir

Dünən, 16:08           
"Tesla" elektrik avtomobil sahiblərini aldatmaqda ittiham edilir
"Tesla" korporasiyası işlənmiş elektrik avtomobillərini robotaksi kimi istifadə edəcəyinə söz versə də, onların satışına başlayıb.

Bu barədə "Reuters" məlumat verib.

Şirkətdəki mənbələr yeni müştərilərə işlənmiş avtomobilləri endirimlə satmağa başladıqlarını bildiriblər. 2019-cu ildən etibarən şirkət avtomobilin dəyərinin bir hissəsini ödəməklə yeni modelləri lizinqlə götürməyi və sonra "Tesla"ya geri qaytarmağı təklif edib. Korporasiya işlənmiş elektrik avtomobillərinin sürücüsüz taksilər parkına əlavə ediləcəyini bildirib. İnsayderlərin fikrincə, bu baş verməyib: işlənmiş avtomobillər yeni alıcılara yenidən satılmağa başlayıb.

"Sizin onları almaq imkanınız olmayacaq, çünki biz avtomobilləri özümüzə götürmək istəyirik", - deyə "Tesla"nın baş direktoru İlon Mask 2019-cu ilin aprelində Kaliforniyada bir investor görüşündə bildirib.

Jurnalistlərin fikrincə, bu, COVID-19 pandemiyası zamanı bazar böhranı kontekstində yaxşı təklif idi. Analitiklərin fikrincə, korporasiya hamını aldadıb.

Məqalədə qeyd olunub ki, bu elektromobillərin cəlbediciliyini artırmaq üçün "Tesla" onları pulsuz olaraq "Full Self-Driving" (FSD) sürücüsüz idarəetmə funksiyaları ilə təchiz edir ki, bunun da ayrıca qiyməti 15 min dollardır.

Jurnalistlər qeyd ediblər ki, "Tesla" icarəyə götürülən bir çox avtomobilini yenidən satmaqla pul qazanmağın qeyri-adi gəlirli yolunu tapıb. Onlar bu əməli qeyri-etik, lakin qanuni adlandırıblar. Maliyyə hesabatlarına əsasən, şirkət dünya üzrə 314 mindən çox avtomobili icarəyə verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.