ABŞ-də qeyri-adi realiti-şou: Miqrantlar vətəndaşlıq üçün yarışacaqlar
Bu gün, 15:58
ABŞ-də miqrantların vətəndaşlıq uğrunda mübarizə edəcəyi realiti-şou çəkilməsi planlaşdırılır.
"The Daily Mail" xəbər verir ki, layihəyə Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Kristi Noem ilkin razılıq verib.
Məlumata görə, şouda iştirakçılar San-Fransiskodakı mədəndə işləmək, NASA mərkəzində raket yığmaq və Arkanzas çayında raftinq kimi müxtəlif tapşırıqları yerinə yetirməli olacaqlar.
Qalib Kapitolinin pilləkənlərində and içəcək və ABŞ vətəndaşı olacaq.
Qeyd edilir ki, heç də bütün məmurlar bu təşəbbüsü dəstəkləmir.