Mayın 20-dən sürücülər 2 il müddətinə vəsiqələrindən MƏHRUM EDİLƏCƏK
Bu gün, 11:24
Rusiyada alkoqol və narkotik sərxoşluğu vəziyyətində sükan arxasına keçən sürücülərlə bağlı problem hələ də ciddi olaraq qalır.
Rəsmilər bu təhlükəli tendensiyanın qarşısını almaq üçün daha sərt tədbirlərə əl atırlar.
2025-ci il mayın 20-dən etibarən Dövlət Yol Hərəkəti Təhlükəsizliyi Müfəttişliyi istisnasız olaraq bütün sürücüləri yoxlamağa başlayacaq və sərxoş halda avtomobil idarə edənlərin sürücülük vəsiqəsi 2 il müddətinə ləğv olunacaq.
Rusiya DİN-in məlumatına görə, 2024-cü ildə alkoqol və narkotik təsiri altında sükan arxasına keçən sürücülərin iştirakı ilə 11 485 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu, 2023-cü illə müqayisədə 0,4% azalma olsa da, ümumi qəza statistikasının təxminən 10%-ni təşkil edir.
Daha narahatedici göstərici isə budur ki, bütün ağır nəticəli qəzaların 20%-dən çoxu məhz sərxoş sürücülərlə bağlıdır. \\Bakupost.az