ƏMRULLAYEVİN YAXŞI ƏMRİ DƏ OLARMIŞ

2-09-2023, 00:05           
ƏMRULLAYEVİN YAXŞI ƏMRİ DƏ OLARMIŞ
Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, “Bu ildən tədrisi başqa dillərdə olan bütün məktəblərdə “Azərbaycan tarixi” fənni yalnız Azərbaycan dilində keçiləcək". Əmr həm də “Qələbə tarixi” və “Hərbi hazırlıq” fənnlərinə də aiddir.
Bu əmr ilk, səthi baxışdan mənasız-məntiqsiz görünə bilər, amma burada nazirin məruz qaldığı məcburiyyətdən, xəstə durumdan doğan dərin məna var.
Dəstəkləyirəm. Rus məktəblərində dilimiz barmaqarası tədris olunur, dərslərə də eləcə münasibət var. Əmrullayevin əmri rus sektorunda oxuyub Azərbaycan dilinə xor baxan, bilməyən və bilmək istəməyənləri dövlət dilini öyrənməyə, bilməyə sövq etmək məqsədi güdür.
Bu il həmçinin ilk dəfə qəbul zamanı rus bölməsindəki abiturientlər icbari Azərbaycan dili imtahanı verib. Keçid 51 balladır. Keçə bilməyənlər də olub, əksəriyyət çətinə düşüb, ikinci turdan keçib. Bunu əvvəldən deyib-demədiklərini, uşaqları hazırlaşdırdıqlarını bilmirəm, amma məktəbdə Azərbaycan dili yaxşı oxuyan məzunlar hazır olub, keçib, təbii. Bu da oxumayanlara bir dərs olub.
Sonra deyirlər ki, hakimiyyəti ancaq tənqid edirsən, yaxşı heç nə demirsən. Yaxşı işlər görün, deyim də...
Çingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.