Xankəndindəki “elita” dəyişməsi Azərbaycanla razılaşdırılıb?

2-09-2023, 08:14           
Xankəndindəki “elita” dəyişməsi Azərbaycanla razılaşdırılıb?
Əgər Xankəndindəki Rusiyanın hər mənada saxladığı qondarma rejimin üzvlərinin istefası, “elita” dəyişməsi Azərbaycanla razılaşdırılıbsa, rəsmi Bakı bu məsələni əsas oyunçularla müzakirə edibsə, lap yaxşı, adı terrorçular siyahasında olanlarla rəsmi Bakı erməni icması nümayəndələri kimi (ancaq bu statusda) görüşə bilməz-görüşməz, bu gələcəkdə baş tutacaq görüşlərin təməlidirsə, xeyrimizədir.
Yox, əgər bu Kremlin öz əlində olan “kartları” yenidən “paylamaq” cəhdidirsə (Xankəndində Rusiyanın nəzarətində olmayan heç bir şəxs yoxdur), bu məsələ İrəvana qədər uzana, Ermənistanda çevrilişə yol aça bilər. Sabah İrəvanda Köçəryan və Sarkisyanın iştirakı ilə mitinq olacaq - əgər bu dəfə Moskvanın əlində olan “Qarabağ klanı” ciddi dalğa yaradıb Paşinyanı devirsələr, bu günə qədər olan bütün anlaşmalar bitə bilər. Paşinyanın, “Qababağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”, kimi vacib bəyanatı kağıza köçürülmədən uçub-gedəcək. Zaxarovanın həyasızcasına verdiyi, “bütün problemlər Paşinyanın Azərbaycanın ərazi bötövlüyünü tanımasından qaynaqlanır”, bəyanat da buna sübutdur ki, Kreml növbəti dəfə Ermənistanda hökumət dəyişikliyinə cəhd edəcək.
Əgər bu ssenari baş tutsa, bu heç də yaxşı bir gedişat deyil, danışıqlar “silbaşdan” moduna keçsə, Azərbaycanın ziyanınadır. Ona gərə də, rəsmi Bakının haqlı, hüquqi addımlarla Ermənistanı, Xankəndindəki qondarma rejimi sıxması doğru olsa da, çox sıxıb indi “sorvat” eləmək də olmaz – təzyiqlərin dalğalarını, zamanlamasını, gücünü düzgün ayarlamaq lazımdır...
Natig Cəfərli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.