Azərbaycanın mövqeyini də işıqlandıracağıq - BBC

5-09-2023, 13:22           
Azərbaycanın mövqeyini də işıqlandıracağıq - BBC
"Yaxın günlərdə biz "BBC News" xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik"
Bunu BBC-nin sözçüsü "Turan" informasiya agentliyinə açıqlamasında bildirib.

“Qarabağdakı hadisələri öz xəbər proqramlarında işıqlandırmağa davam edən BBC bunu lazımi qərəzsizliklə etmək və müxtəlif mövqelərdən çıxış edən şəxslərin fikirlərini eşitmək prinsipinə sadiq qalmaqdadır. Yaxın günlərdə biz BBC News xəbərlərində Azərbaycanın mövqeyini eşidəcəyik.

Bundan başqa, BBC-nin Azərbaycanca xidməti öz auditoriyasını qərəzsiz və müstəqil xəbər və məlumatla təmin etmək prinsipinə sadiq qalmaqdadır”, - mətbu orqanın açıqlamasında vurğulanıb.

Rəsmi Bakı BBC jurnalistinin “Dağlıq Qarabağ: İnsanlar çörək növbəsində huşlarını itirirlər” reportajını, həmçinin ifaçı Serj Tankyan və separatçı Artak Beqlaryanın Azərbaycana qarşı ittihamların səsləndirildiyi televiziya şousunu tənqid etmişdi. Azərbaycan BBC yayım şirkətini "ermənipərəst mövqe sərgiləməkdə və Qarabağ hadisələrini qərəzli işıqlandırmaqda" ittiham edirdi.

Həmçinin Azərbaycan Mətbuat Şurası BBC-nin Bakı ofisini bağlamaga, Britaniya radiostansiyasını isə hadisələrin birtərəfli və qərəzli işıqlandırmasına görə üzr istəməyə çağırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.